Səfərin mesajı Cənubi Qafqazda formalaşmış yeni reallıqların faktiki qəbuludur Şərh
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
“ABŞ nümayəndə heyətinin Bakıya səfəri yalnız protokol xarakterli diplomatik hadisə kimi qiymətləndirilməməlidir. Bu səfərin əhəmiyyəti yalnız təmasların baş tutması ilə deyil, ilk növbədə nümayəndə heyətinin tərkibi, səfərin zamanlaması və siyasi mesajları ilə müəyyən olunur. Beynəlxalq münasibətlər sisteminin transformasiya mərhələsindən keçdiyi bir dövrdə bu tipli səfərlər dövlətlərin yanaşmalarında baş verən dəyişikliklərin və prioritetlərin yenidən formalaşmasının göstəricisi kimi çıxış edir”.
Bu fikirləri Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, ABŞ nümayəndə heyətinin tərkibi xüsusi diqqət çəkir. Belə ki, Bakıya ABŞ-ın xarici siyasət, təhlükəsizlik və strateji planlaşdırma sahələri üzrə qərarların qəbulunda iştirak edən siyasi dairələrin təmsilçiləri səfər ediblər. Bu fakt onu göstərir ki, Azərbaycan situativ maraqların obyekti kimi deyil, uzunmüddətli məsələlərin müzakirə edildiyi tamhüquqlu tərəfdaş kimi qəbul olunur. Beynəlxalq praktikada məhz bu səviyyəli təmsilçilik, adətən siyasi kursun korrektə edilməsi və ya yenidən nəzərdən keçirilməsi zərurəti yarandıqda tətbiq edilir. Səfərin formatı Vaşinqtonun daha sistemli və praqmatik dialoqa maraq göstərdiyini nümayiş etdirir.
Deputatın fikrincə, bu səfərin əsas mesajlarından biri Cənubi Qafqazda formalaşmış yeni reallıqların faktiki olaraq qəbul edilməsidir. Münaqişə mərhələsinin başa çatması və postmünaqişə dövrünün başlanması regiondakı siyasi balansı əhəmiyyətli dərəcədə dəyişib. Bu şəraitdə Azərbaycanın regional sabitlik, təhlükəsizlik və bağlantı baxımından rolu xeyli artıb. Vaşinqtonun Bakı ilə birbaşa dialoqa marağı onu göstərir ki, regionda dayanıqlı inkişaf modellərinin qurulması artıq Azərbaycanın iştirakı olmadan mümkün hesab edilmir - istər təhlükəsizlik, istər energetika, istərsə də nəqliyyat-kommunikasiya xətləri baxımından. “Səfərin digər mühüm cəhəti epizodik təmaslardan daha davamlı əməkdaşlıq formatlarına keçid niyyətidir. Burada söhbət sadəcə bəyanatlardan deyil, siyasi və parlamentlərarası dialoq üçün daimi mexanizmlərin formalaşdırılmasından gedir. Qlobal qeyri-sabitliyin artdığı, risklərin çoxaldığı bir dövrdə bu cür mexanizmlər strateji səhvlərin qarşısının alınmasında mühüm rol oynayır. ABŞ üçün isə bu, həssas regionlarda sabitliyi təmin edə bilən proqnozlaşdırıla bilən tərəfdaşlarla işləmək cəhdidir”, - deyən Sevinc Fətəliyeva əlavə edib ki, səfərin simvolik, eyni zamanda siyasi baxımdan əhəmiyyətli tərəflərindən biri də əvvəlki yanaşmaların yenidən nəzərdən keçirilməsi zərurətidir. Təmasların forması və nümayəndə heyətinin tərkibi onu göstərir ki, köhnəlmiş stereotiplər, birtərəfli qiymətləndirmələr və təzyiq alətləri mövcud reallıqlarla uzlaşmır. Region dəyişib və ona münasibət də daha balanslı, praqmatik və qarşılıqlı hörmətə əsaslanan olmalıdır.
“Daha geniş kontekstdə ABŞ nümayəndə heyətinin Bakıya səfəri Azərbaycan ilə ABŞ arasında münasibətlərin təkamül prosesinə uyğun gəlir. Bu münasibətlər onilliklər ərzində müəyyən problemlər şəraitində inkişaf edib, fəal əməkdaşlıq mərhələləri müəyyən dövrlərdə soyuqluqla əvəzlənib. Lakin bütün bu mərhələlərdə dəyişməz qalan əsas prinsip Azərbaycanın öz suverenliyinə və milli maraqlarına ardıcıl şəkildə sadiq qalması olub. Məhz bu mövqeyinə görə Azərbaycan bu gün regionda etibarlı, məsuliyyətli və qarşılıqlı maraqlara əsaslanan tərəfdaş kimi qəbul olunur”,- deyə deputat vurğulayıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Yanvar 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















