Icma.az
close
up
RU
Azərbaycanda yaş tütün istehsalında 34% artım qeydə alınıb

Azərbaycanda yaş tütün istehsalında 34% artım qeydə alınıb

Operativmedia portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu il sahələrdən tütün yarpağı yığımında ciddi artım qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, 2024-cü ilin yanvar-oktyabr aylarında sahələrdən 5600 ton yaş tütün yığılaraq tədarük məntəqələrinə təhvil verilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 34% çoxdur.

Məlumata görə, bu il Azərbaycanın 10 bölgəsində, o cümlədən Naxçıvan Muxtar Respublikasında tütün əkinləri həyata keçirilib. Ən çox tütün əkini Şəki-Zaqatala iqtisadi rayonunda əkilib, ölkə üzrə tütün əkinlərinin təxminən 90 faizə yaxını bu iqtisadi zonanın payına düşür. Hazırda bölgələrdə tütün yığımı davam edir, respublika üzrə orta məhsuldarlıq 22 sentnerə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 sentner çoxdur.

Məlumatda qeyd olunub ki, Azərbaycanda tütün əkinləri dövlət tərəfindən subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına görə, 2025-ci təsərrüfat ilində müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə Virciniya sortu tütün yetişdirən fermerlər tədarük məntəqələrinə təhvil verdikləri yaş tütünün hər tonuna görə 36 manat məhsul subsidiyası alacaqlar. Müasir suvarma sistemləri quraşdırılmamış sahələrdə becərilən və təhvil verilən Virciniya sortu yaş tütünün hər tonuna görə isə 18 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

Digər sort tütün əkən fermerlər əkin sahələrinin müasir suvarma sistemləri ilə təmin edilib-edilməməsindən asılı olaraq təhvil verdikləri hər ton yaş məhsula görə 22 və 20 manat, quru tütünün tonuna görə isə 220 və 200 manat məhsul subsidiyası alacaqlar.

Qeyd edilib ki, bu il ölkədən xarici bazarlara tütün ixracında da ciddi artım qeydə alınıb.

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici bazarlara 21,5 milyon dollar dəyərində 7 min ton qutu tütün xammalı ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrqü ilə müqayisədə dəyər ifadəsində 5,1 dəfə, həcm olaraq isə 3,5 dəfə çoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 27 Noyabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri