Icma.az
close
up
RU
Azərbaycanda yeni stildə yeni hospital FOTO

Azərbaycanda yeni stildə yeni hospital FOTO

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Peşəkarlıq və güvən üçün HARMONY HEALTH HOSPİTALI seçə bilərsiniz

Bakıda müasir standartlara cavab verən Harmony Health Hospital - yeni özəl tibb müəssisəsi  fəaliyyətə başlayıb.  Azərbaycanın məşhur həkimi Dr. Pərviz Aslanovun rəhbərlik etdiyi klinika həm maddi-texniki baxımdan, həm də peşəkar tibb heyəti olaraq, əhaliyə yüksək səviyyəli xidmət təklif edir.

Tanınmış mütəxəssis həkimlərin cəlb olunduğu Harmony Health Hospitalın üstünlükləri, göstərəcəyi xidmətlə bağlı barədə suallarımızı müəssisənin rəhbəri Dr. Pərviz Aslanov cavablandırıb.

- Pərviz müəllim, belə bir tibb müəssisəsinin yaradılması hansı zərurətdən irəli gəldi?

- Harmony Health Hospitalın yaranma zərurəti cəmiyyətimizdə səhiyyəyə olan inamın bərpası və tibbin insani dəyərlərlə birləşdirilməsinə duyulan ehtiyacdan irəli gəldi. Xarici ölkələrdə elmi-praktiki təcrübələrdə olduğum zaman gördüm ki, həkim-pasiyent münasibəti yalnız müalicə ilə məhdudlaşmır. Bu münasibət qarşılıqlı münasibət, hər bir müraciət edən şəxsə dəyər verilməsi, hörmət və güvən üzərində qurulur. Mənim tələbəlikdən arzum məhz belə bir klinika yaratmaq olub. Və qazandığım təcrübəni də bura əlavə ertsəm, istədim ki, bizim ölkədə də hər pasiyent müalicə prosesində özünü dəyərli hiss etsin, yalnız bədən sağlamlığı deyil, ruhu da müalicə olunsun. Harmony bu arzu ilə doğuldu – səmimiyyətin, empatiyanın və peşəkarlığın qovuşduğu bir məkan kimi. Müraciət edən hər kəs özünü rahat hiss etsin, bütün suallarına cavab ala bilsin. 

- Bakıda xeyli sayda tibb müəssisəsi fəaliyyət göstərir. Qeyd etdiyiniz məqamlar yetərlidir, pasiyent nə üçün məhz Harmony Health Hospitalı seçsin?

- Bizim yanaşma tam fərqlidir. Biz xəstəliyə deyil, insana baxırıq. Harmony Health Hospitalın əsas prinsipi hər bir pasiyenti unikal bir fərd kimi qəbul etməkdir. Bizim üçün tibb yalnız diaqnoz və resept yazmaq deyil. Pasiyenti dinləmək, anlayış göstərmək və emosional dəstək vermək də bir o qədər vacibdir. Xəstələr bizə gəldikdə sadəcə müalicə almırlar. Onlar burada anlayış, güvən və rahatlıq tapırlar ki, bu da bizim digər tibbi müəssisələrdən əsas fərqimizdir.

- Hospitalda hansı xidmətlər göstərilir?

- Harmony Health Hospitalda ilkin tibbi yardım, ixtisaslaşdırılmış ambulator və stasionar müalicə, diaqnostika, eləcə də bərpa müalicəsi xidmətləri təklif olunur. Eyni zamanda doğum öncəsi hazırlıq proqramları, psixoloji konsultasiyalar, uşaq inkişafına dəstək xidmətləri və profilaktik sağlamlıq müayinələri kimi fərdi yanaşmaya əsaslanan xidmətlərimiz də mövcuddur.

- Hospitalınızda hansı sahələr üzrə həkimləri fəaliyyət göstərir?

- Xəstəxanamızda terapevt, pediatr, ginekoloq, kardioloq, dermatoloq, nevroloq, endokrinoloq, uroloq, otorinolarinqoloq (LOR), ortoped-travmatoloq və digər ixtisaslar üzrə peşəkar həkimlər fəaliyyət göstərir. Seçim zamanı bizim üçün tək  tibbi bilik deyil, həkimin insana yanaşma tərzi – dinləmə bacarığı, səmimiyyəti və empati hissi də əsas meyardır.

- Hospitalın maddi-texniki bazası hansı səviyyədədir?

- Harmony Health Hospital müasir tibb müəssisəsi olmaqla yanaşı, texnoloji baxımdan da tam təchiz olunub. Bizim məqsədimiz ən yüksək səviyyəli xidmətləri təqdim etməkdir. Bütün şöbələrdə pasiyentin komfortu və təhlükəsizliyi əsas götürülür. Avadanlıqlarımızın hər biri beynəlxalq sertifikatlara malikdir və innovativ müalicə imkanları təqdim edir.

- O zaman əın müasir avadanlıqlarla xidmət göstərdiyinizi iddia edə bilərsinizmi?

- Bəli, bunu tam əminliklə deyə bilirik. Hospitalımızda istifadə olunan cihazlar Almaniya, Yaponiya, İsveçrə kimi ölkələrin qabaqcıl istehsalçılarından alınıb. Bu avadanlıqlar sayəsində həm diaqnozun dəqiqliyi artır, həm də pasiyentin müayinədən keçmə prosesi daha rahat və sürətli olur.

- Laboratoriyanız haqqında məlumat verərdiniz. Hansı analizlər həyata keçirilir? Analiz nəticələrinə tam etibar etmək olarmı?

- Laboratoriyamızda biokimya, hematologiya, hormon analizləri, mikrobiologiya, immunologiya və daha bir çox sahədə testlər yüksək dəqiqliklə aparılır. İstifadə etdiyimiz texnologiya nəticələrin etibarlılığını təmin edir. Əlavə olaraq, laboratoriyada işləyən mütəxəssislər dəfələrlə beynəlxalq təlimlərdə iştirak etmiş peşəkar kadrlardır.

- Başqa instrumental diaqnostik müayinələr etmirsiniz?

- Hospitalda EKG, EEQ, USM, doppler müayinələri, rentgen, kompüter tomoqrafiyası (KT), endoskopik, BERA, audimetriya müayinələri kimi müxtəlif diaqnostik prosedurlar həyata keçirilir. Hər bir müayinə pasiyentin ehtiyacına uyğun olaraq seçilir və nəticələr təcrübəli mütəxəssislər tərəfindən analiz olunur.

- Tibbi personal haqqında nə deyərdiniz? Harmony Health Hospitalı seçən xəstəni yuxarıda qeyd etdiyiniz gülərüz və qayğıkeş tibbi heyət gözləyirmi?

- Əlbəttə! Harmony Health Hospitalın ruhunu formalaşdıran əsas amil – onun insanlara göstərdiyi münasibətdir. Bizim tibbi heyətimiz təkcə peşəkar deyil, eyni zamanda gülərüz, qayğıkeş və anlayışlıdır. Onlar üçün hər pasiyent fərqli bir tarix, fərqli bir ehtiyacdır və hər birinə fərdi yanaşılır.

- Indi insanları maraqlandıran məsələlərdən biri də İcbari Tibbi Sığortadır. Hospitlınızda bu, keçərlidirmi?

- Bəli, artıq Harmony Health Hospitalda İcbari Tibbi Sığorta keçərlidir. Bu sahədə inteqrasiya prosesi tamamlanıb və pasiyentlərimiz bu imkanlardan tam şəkildə faydalana bilirlər. Məqsədimiz daha çox insanın keyfiyyətli səhiyyə xidmətlərinə rahat çıxışını təmin etməkdir.

Qeyd:  Harmony Health Hospitalın xidmətlərindən yararlanmaq istəyənlər (010) 464-55-55 mobil nömrəsi və  “harmonyhealthhospital” instaqram hesabı ilə əlaqə saxlaya bilərlər. Həmçinin Harmonyhealthhospital.az saytına da daxil olmaqla, klinika haqqında daha ətraflı məlumat əldə etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 May 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri