Icma.az
close
up
RU
Azərbaycanda yeni tarixi mərhələ: Sabitlik, tərəqqi və beynəlxalq nüfuz

Azərbaycanda yeni tarixi mərhələ: Sabitlik, tərəqqi və beynəlxalq nüfuz

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bu gün Azərbaycanın sabitlik adasına, təhlükəsizlik məkanına çevrilməsinin başlıca səbəbi ölkədə aparılan uğurlu sosial-iqtisadi siyasətdir. Dünyada və regionda müşahidə olunan siyasi gərginliklər, münaqişələr, iqtisadi tənəzzül fonunda Azərbaycanda tərəqqiyə xidmət edən stabilliyin mövcudluğu hakimiyyət-xalq birliyinin təzahürüdür. 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimizin əldə etdiyi tarixi uğurlar ölkəmizin beynəlxalq nüfuzunun artmasına səbəb olub. Məhz aparılan uğurlu siyasətin nəticəsdir ki, bir il öncə - 7 fevral 2024-cü ildə keçirilmiş prezident seçkilərində xalqımız bir daha cənab İlham Əliyevə etimadını ifadə etdi. Ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini tam təmin etmiş bir ölkə olaraq  müstəqil dövlətin ilk prezidenti seçildi. 7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyev 92,12% səs toplayaraq beşinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanmış, 2023-cü ilin sentyabrında 24 saatdan da az müddətdə separatizmin kökünü kəsərək ölkə suverenliyini təmin etmiş ordunun Ali Baş Komandanına hamılıqla səs vermək həm də vəfa borcu idi. Ümumilli lider Heydər Əliyev ideyalarına sədaqətini, cənab İlham Əliyevə minnətdarlığını ifadə edən Azərbaycan xalqı bir daha dünyaya öz müdrikliyini, uzaqgörənliliyini sübut etdi. İlk dəfə olaraq müstəqil Azərbaycanın öz suverenliyini tam bərpa etməsi şəraitində bütün ölkə ərazisində seçkilərin keçirilməsi tarixi hadisə oldu. Təsadüfi deyil ki, bu seçkilər siyasi tariximizə Zəfər seçkisi kimi düşdü. Cənab İlham Əliyevin səsvermə günü ailəsi ilə birlikdə Xankəndi şəhərində  səs verməsi suverenliyimizə olan diqqətinin bariz nümunəsi idi. Dövlət başçısının dediyi kimi, Xankəndidə qutuya atdığı bülleten separatçıların tabutuna vurulan son mismar oldu. Xankəndidə açılan Qarabağ Universiteti isə ən gözəl Prezident möhürü oldu.

14 fevral 2024-cü ildən  ölkəmiz üçün Yeni tarixi bir mərhələ başladı. Möhtərəm cənab  İlham Əliyev Yeni prezidentlik dövründə Milli Məclisdə and içərək ölkənin inkişafı üçün bir sıra strateji hədəflər müəyyənləşdirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir illik fəaliyyəti ölkənin tarixində həm gərgin, həm də yeni hadisələrlə yadda qaldı. Bu dövr ərzində həyata keçirilən islahatlar, beynəlxalq tədbirlər və strateji təşəbbüslər Azərbaycanın inkişafına və beynəlxalq nüfuzunun artmasına əhəmiyyətli töhfə verdi. Ərazi bütövlüyünü bərpa etmiş, suverenliyini tam təmin etmiş bir ölkə olaraq, müstəqil dövlətçilik ənənələrini daha da möhkəmlətdik.

Prezident İlham Əliyev son 22 ildə verdiyi bütün vədləri yüksək səviyyədə yerinə yetirdi. Cənab Prezidentin son bir illik fəaliyyəti uğurlarla zəngindir. 2024-cü ildə baş vermiş ən vacib hadisələrdən biri  Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu, ordumuzun 2020-ci ilin sentyabrından bəri apardığı uğurlu əməliyyatların, düşmənə endirdiyi sarsıdıcı zərbələrin nəticəsində mümkün oldu. Bu gün Ermənistan rəhbərliyinin  Cənubi Qafqazdakı yeni reallıqları nəzərə alması, Azərbaycanın şərtlərini qəbul etməsi, cənab Prezidentin hər bir açıqlamasını müzakirəyə çıxarmaları gücümüzün göstəricisidir. Azərbaycan ayıq-sayıq tərəqqiyə doğru addımlayır. Onun bütün istiqamətlərdə göstəriciləri  dayanıqlı, dinamik inkişafından xəbər verir. Ölkəmiz  müstəqillik dövründə 2025-ci il üçün ən böyük büdcəsini təsdiqlədi.  Eyni zamanda, Azərbaycan ordusunun hərbi potensialını daha da gücüləndirmək üçün hərbi büdcə 2025-ci il üçün 8,4 milyard manata qaldırıldı. Hərb sahəsində sayıqlıq və güclü olmaq milli təhlükəsizliyə xidmət edir. 

Ölkədə eyni zamanda Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə ciddi diqqət yetirilir, böyük proqramlar, layihələr həyata keçirilir. 2025-ci ilin dövlət büdcəsindən Qarabağa və Şərqi Zəngəzura  4 milyard manat ayrılıb.  2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına 19 milyard manatdan çox vəsait ayrılıb. Ötən müddət ərzində 10 minə yaxın keçmiş məcburi köçkün yurd-yuvalarına qayıdıblar. Bu gün azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirildi. Bu ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq edilərək müasir infrastruktur layihələri həyata keçirildi. Eyni zamanda, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam etdirilir. 

Ümumi daxili məhsulun 4 dəfə artması, yoxsulluq səviyyəsinin  5,5 faizə enməsi aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsində mümkün olub. 2024-cü ildə ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır ki, bu da valyuta ehtiyatlarımızdan 14 dəfə azdır. 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılıb. Prezident İlham Əliyevin daxili siyasətində əhalinin sosial rifahının artırılması prioritet istiqamətlərdən biri oldu. 2024-cü ildə sosial müdafiə sahəsində bir sıra islahatlar həyata keçirildi, şəhid ailələri və qazilərə xüsusi diqqət göstərildi. Eyni zamanda, təhsil, səhiyyə və mədəniyyət sahələrində yeni layihələr icra edildi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı. 

Ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı mübarizə məqsədilə Prezident İlham Əliyev 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etdi. Bu təşəbbüs çərçivəsində ölkədə bir sıra ekoloji layihələr həyata keçirildi. Ən mühüm tədbirlərdən biri isə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) oldu. Bu mötəbər tədbir Azərbaycanın qlobal iqlim məsələlərində fəal rol oynadığını bir daha nümayiş etdirdi. 

Azərbaycanın enerji siyasətində bərpa olunan enerji mənbələrinin inkişafı xüsusi yer tutdu. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ildə yaşıl enerji layihələri sürətləndirildi, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələri yaşıl enerji zonası olaraq inkişaf  etdirildi. Bu ərazilərdə günəş və külək enerjisi stansiyalarının tikintisi həyata keçirildi, ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və ixrac potensialının artırılması istiqamətində mühüm addımlar atıldı. 

Bu gün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bir çox ölkələrlə, o cümlədən qonşularla müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. 

Beynəlxalq institutların funksionallığının itdiyi, güclü və zəif dövlətlərin yerlərinin dəyişdiyi zamanda iqtisadi dövlətçiliyin önə çıxdığını, ölkələrin inkişafında Lider amilini aydın görürük. Belə bir məqamda Azərbycanın regionda və dünyada artan mövqeyi Siyasi Lider-Şəxsiyyət amili, Prezident intuisiyasına bağlıdır. Azərbaycan məhz güclü Siyasi Lideri ilə yeni imic qazandı. Regionda yeni arxitekturanın qurulmasında, yeni nəqliyyat-loqistikanın  formalaşmasında həledici rol oynadı. Dünyanı bürüyən qlobal siyasi təlatümlər dövründə  Azərbaycan müstəqil siyasəti ilə informasiya savaşlarını uğurla dəf edərək ölkələr üçün etibarlı tərəfdaş nüfuzunu qazandı. 

Eləcə də, Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olması, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi, habelə dünya ölkələri tərəfindən ən böyük beynəlxalq konfransın (COP29) Bakıda keçirilməsi haqqında yekdil qərar qəbul edilməsi ölkəmizin dünya miqyasındakı artan nüfuzunun göstəricisidir. Yeni mərhələdə neokolonizmə qarşı etiraz ölkəmizə yeni tərəfdaşlar qazandırdı”.

2024-cü ildə Prezident İlham Əliyev bir sıra xarici səfərlər və yüksək səviyyəli görüşlər keçirərək Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirdi. Xüsusilə, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlərdə Ermənistanla münasibətlərin normallaşdırılması və sülh prosesinin irəlilədilməsi istiqamətində mühüm addımlar atıldı. Bununla yanaşı,  Türkiyə, Çin, İtaliya, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Pakistan və digər ölkələrin liderləri ilə keçirilən görüşlərdə enerji, nəqliyyat və investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi. Türk dövlətləri ilə əməkdaşlıq yeni bir müstəviyə yüksəldi.

Dövlət başçısı  cənab İlham Əliyev suverenliyimizin bərpa olunmasını Yeni dövrün başlanğıcı kimi qiymətləndirməsi qarşımıza yeni hədəflər, məqsədlər qoyur. 7 fevral seçkilərində cənab İlham Əliyevin seçki kampaniyasının “Yeni hədəflərə doğru!” şüarı ilə həyata keçirilməsi də buna hesablanmışdı. Yeni hədəflərə çatmaq üçün 7 fevral prezident seçkiləri müstəsna əhəmiyyət kəsb edir. Qarşıdakı əsas hədəflər regionumuzda sülhün təmin olunması, Azərbaycan iqtisadiyyatının daha da artırılması, milli təhlükəsizliyimizin və ordumuzun daha da gücləndirilməsi, yeni milli ideologiyamızın formalaşması,  bütün sosial sahədə islahatların davam etdirilməsi, ölkəmizin beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsi, müəyyən qlobal layihələrin reallaşdırılması, Türk dövlətləri ailəsinin möhkəmlənməsi, Böyük Qayıdış və Qərbi Azərbaycana Qayıdış konsepsiyalarından irəli gələn məsələlər və s. istiqamətlər daxildir. Azərbaycan qarşıdakı illərdə cənab Prezidentin rəhbərliyi altında yeni hədəflərinə uğurla çatacaqdı. 

Cənab Prezident, Azərbaycan Yeni ən mütərəqqi dövrünü Sizinlə qurur, yaradır və yaşayır! Bu müqəddəs yolda biz hamımız sizinləyik! Azərbaycanın Müasir Lideri olaraq sizinlə fəxr edirik. Siz artıq sərhədləri aşaraq Dünya Lideri adını qazanmısınız. Müxtəlif ölkələrin vətəndaşlarının sizin güclü lider olmağınız haqda fikirlərini eşidərkən qürür duyuruq. Xalq hər zaman sizinlədir! Xalqın sərkərdəsinin  yanındadır!.... 

Mehriban Vəliyeva
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Fevral 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see147

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see145

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see138

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see135

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see132

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see127

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see121

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see118

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see117

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see115

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see114

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see108

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see108

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri