Azərbaycanda yeni turizm məhsulları yaradılır
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Ağdam rayonunda yerləşən Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən işlər artıq yekun mərhələsindədir".
"AzPolitika" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqların İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda ölkənin müxtəlif bölgələrində, eləcə də Bakıda yeni turizm məhsullarının yaradılması və müvafiq infrastrukturun qurulması istiqamətində işlər davam etdirilir.

M.Ağabəylinin sözlərinə görə, Lahıc və Basqal da bu istiqamətdə işlərin aparıldığı ərazilərdəndir. Basqalda bir neçə yeni turizm məhsulunun hazırlanması üzrə işlər yekunlaşmaq üzrədir.
Qeyd olunub ki, Şəki şəhərindəki "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində artıq bir sıra obyektlər, o cümlədən Şəbəkə emalatxanası və Tarix-Diyarşünaslıq Muzeyi turistlərin istifadəsinə verilib. Ərazidə digər turizm məhsullarının yaradılması istiqamətində də işlər görülür.
Dövlət Turizm Agentliyinin rəsmisi işğaldan azad edilmiş ərazilərdə də turizm infrastrukturunun yaradılması istiqamətində layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda Tuğ qoruğunda infrastruktur işləri aparılır.
M.Ağabəyli əlavə edib ki, qeyd olunan istiqamətlər Prezident İlham Əliyevin təsdiqlədiyi "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda da nəzərdə tutulub.
Onun sözlərinə görə, dövlət proqramında yeni turizm məhsullarının hazırlanmasına xüsusi diqqət ayrılıb:
"Bu istiqamətdə işlər mütəmadi olaraq davam etdiriləcək və hazırlanan məhsullar turistlərin istifadəsinə veriləcək. Eyni zamanda, infrastruktur işləri artıq tamamlanmış müəssisələrdə də yeni turizm məhsullarının hazırlanması həyata keçirilir. Bu, bizim üstünlük verdiyimiz əsas istiqamətlərdən biridir".
Baxış sayı:44
Bu xəbər 28 Sentyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















