Azərbaycanda yeni yaradılan voleybol klubunun təqdimat mərasimi keçirilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycanda yeni yaradılan qadın voleybolçulardan ibarət “DH Volley” klubunun təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə klubun məşqçi və oyunçuları ilə müqavilə imzalanıb.
2025/2026-cı illər mövsümündən Yüksək Liqada və ölkə kuboku yarışlarında iştirak edəcək klubun prezidenti Şərəf Yalçın mətbuat konfransında çıxışı zamanı bildirib ki, “DH Volley” güclü və iddialı heyətlə yeni bir dövrə qədəm qoyur: “İlk mövsümdə yalnız yerli yarışlarda uğurlar deyil, beynəlxalq arenada da adımızdan söz etdirmək istəyirik. Bu məqsədlə heyətimizi həm Azərbaycan milli komandasının üzvləri, həm də Avropa təcrübəsinə malik elit oyunçularla gücləndirdik. Bu oyunçularla çempionluq yarışında ən güclü namizədlərdən biri olacağımıza inanırıq. Klubumuzun əsas məqsədi qısa müddətdə ölkə voleyboluna dəyər qatmaq, uzun müddətdə isə “DH Volley”i Avropada mübarizə aparan, tanınan və hörmət edilən bir brendə çevirməkdir”.
“DH Volley” klubunun baş məşqçisi Fərid Cəlalovdur. Komandanın heyətinə Aynur İmanova, Katerina Jidkova, Ceyran İmanova, Nilufər Ağazadə və Raziyə Əliyeva kimi təcrübəli voleybolçular cəlb edilib.
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:75
Baxış sayı:75 Bu xəbər 29 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 29 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















