Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Azərbaycanda yenidən dabaq riski KONKRET

Azərbaycanda yenidən dabaq riski KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının dərc etdiyi rəsmi məlumatlara görə Azərbaycanın da daxil olduğu regionda bəzi dövlətlərdə dabaq xəstəliyinin bir sıra tipləri qeydə alınıb”.

KONKRET.az xəbər verir ki, bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq,  Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi Murtuzəli Hacıyev bildirib.

O qeyd edib ki, hazırda Respublika ərazisində dabaq xəstəliyinə görə epizootik vəziyyət sabitdir:

“Bu isə respublika ərazisində təsərrüfatlarda  mövcud olan cütdırnaqlı heyvanları risklərdən qorumaq üçün tədbirlər görməyi  vacib edir. Ölkə ərazisində vaxtında lazımi baytarlıq tədbirləri aparıldığından xəstəlik riskləri minimuma endirilərək və epizootik vəziyyət nəzarətdə saxlanılır. Hazırda qeyd olunduğu kimi dabaq xəstəliyinə və digər xüsusi təhlükəli xəstəliklərə görə epizootik vəziyyət sabitdir.

2025-ci və 2026-cı illərin müvafiq aylarında dabaq xəstəliyinin SAT 1 tipinə qarşı plandankənar peyvəndləmə aparılıb. Azərbaycan Respublikası üzrə 2026-cı il üçün təsdiq olunmuş “Epizootiya əleyhinə Tədbirlər Planı”na  uyğun olaraq ilin birinci yarısında iribuynuzlu və xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyi əleyhinə profilaktiki peyvəndləmə həyata keçirilib. Təsərrüfat sahibləri ilə müntəzəm maarifləndirmə işləri aparılaraq, dezinfeksiya tədbirləri görülüb”.

Qurum rəsmisi əlavə edib ki, iribuynuzlu heyvanlar mütəmadi olaraq peyvəndləməyə cəlb edilməlidir:

“Yaylaq mövsümü ilə əlaqədar olaraq heyvan sahibləri yaylağa köç edəcək heyvanları müəyyənləşdirməli, heyvanlarını Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən aparılan bütün profilaktiki peyvəndləmə tədbirlərinə cəlb etməlidirlər. Heyvanlarını ektoparazitlərə qarşı işləmələrdən keçirməlidirlər”.

Baytar Cansu Məmmədova isə deyib ki,  dabaq yüksək yoluxuculuğa malik xəstəlik olduğundan müəyyən risk həmişə mövcuddur:

“Dabaq xəstəliyi ilə bağlı epizootik vəziyyət nəzarət altındadır və aidiyyəti qurumlar tərəfindən monitorinq tədbirləri davam etdirilir. Xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində operativ tədbirlər həyata keçirərək riskli ərazilərdə məhdudlaşdırıcı və profilaktik işlər gücləndirilib. Bununla belə, dabaq yüksək yoluxuculuğa malik xəstəlik olduğundan müəyyən risk həmişə mövcuddur. Xüsusilə heyvanların nəzarətsiz hərəkəti, qeyri-qanuni heyvan daşınmaları və baytarlıq qaydalarına əməl olunmaması xəstəliyin yenidən yayılması üçün şərait yarada bilər. Bu səbəbdən davamlı nəzarət tədbirləri vacib hesab olunur”.

Mütəxəssis sonda bildirib ki, sanitar-gigiyenik qaydalara əməl etmək və xəstəlik əlamətləri müşahidə olunan heyvanlarla bağlı dərhal baytarlıq xidmətlərinə məlumat vermək vacibdir:

“Xəstəliyin yenidən yayılmasının qarşısını almaq məqsədilə mütəmadi peyvəndləmə, dezinfeksiya işləri, epizootoloji monitorinqlər, heyvanların baytarlıq müayinəsi və təsərrüfatlara nəzarət tədbirləri həyata keçirilir. Eyni zamanda heyvan daşınmaları zamanı baytarlıq müşayiətedici sənədlərinə ciddi nəzarət olunur və maarifləndirmə tədbirləri aparılır. Yaylaq mövsümünün başlaması ilə əlaqədar vətəndaşlara və xüsusilə heyvandarlıqla məşğul olan şəxslərə tövsiyə olunur ki, heyvanları yalnız sağlamlıq vəziyyəti yoxlanıldıqdan və peyvəndləri tamamlandıqdan sonra yaylaqlara çıxarsınlar. Naməlum mənşəli heyvanlarla təmasdan çəkinmək, təsərrüfatlarda sanitar-gigiyenik qaydalara əməl etmək və xəstəlik əlamətləri müşahidə olunan heyvanlarla bağlı dərhal baytarlıq xidmətlərinə məlumat vermək vacibdir. Və ən önəmlisi sahibkarlar mütləq şəkildə heyvanları baytar müayinəsindən keçirməli, vaxtı-vaxtında peyvənd prosedurlarını etdirməlidirlər”.

Xatırladaq ki, ötən ilin oktyabrında Azərbaycanın bir sıra rayonlarında iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyi yayılmışdı. Virus mənşəli bu infeksiya nəticəsində heyvanların süd məhsuldarlığının kəskin şəkildə (50–70%) azalması və kütləvi yoluxma halları kənd təsərrüfatına ciddi iqtisadi ziyan vurmuşdu. Yaranmış təhlükə ilə əlaqədar olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində bioloji təhlükəsizliyin qorunması məqsədilə operativ tədbirlərin görülmüşdü.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 May 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri