Icma.az
close
up
RU
Azərbaycanda Yol hərəkəti haqqında qanun dəyişdi

Azərbaycanda Yol hərəkəti haqqında qanun dəyişdi

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.


Bakı Dövlət Universitetinin (BDU) ev sahibliyi, Türkiyənin Ankara Hacı Bayram Veli Universiteti, Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Qarabağ Universitetinin tərəfdaşlığı ilə “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” adlı Beynəlxalq konfransın açılış mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Azərbaycan, Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış mərasimində çıxış edən BDU rektoru Elçin Babayev bildirib ki, hazırda müasir dünya dərin transformasiya dövründən keçir. Qlobal iqtisadi dəyişikliklər, rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellektin gündəlik həyata təsiri, enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri və geosiyasi proseslər beynəlxalq münasibətlər sistemini yenidən formalaşdırır. Belə bir şəraitdə elm və təhsil müəssisələrinin məsuliyyəti daha da artmaqdadır. Çünki davamlı inkişafın əsasını məhz bilik, innovasiya və insan kapitalı təşkil edir. Bu baxımdan konfransın mövzusu olduqca aktual və strateji əhəmiyyət daşıyır: “Bu gün Türk dünyasında inteqrasiya prosesləri yeni mərhələyə qədəm qoyur. İqtisadi əməkdaşlıq, siyasi dialoq, nəqliyyat-logistika layihələri, enerji təhlükəsizliyi və texnoloji inkişaf sahələrində atılan addımlar ortaq gələcəyimizin formalaşmasına mühüm töhfə verir. Bu prosesdə universitetlərin və elmi tədqiqat mərkəzlərinin rolu xüsusi əhəmiyyət kəsb edir.

Çünki dayanıqlı inteqrasiyanın əsasında yalnız iqtisadi və siyasi maraqlar deyil, ortaq elmi düşüncə, mədəni yaxınlıq və intellektual əməkdaşlıq dayanır. İnanıram ki, bugünkü konfrans çərçivəsində aparılacaq müzakirələr universitetlərimiz arasında gələcək inkişaf perspektivlərinə dair yeni yanaşmaların ortaya çıxmasına imkan yaradacaq”.

Rektor qeyd edib ki, Bakı Dövlət Universiteti beynəlxalq əməkdaşlığın inkişafına hər zaman xüsusi önəm verir. Universitetlər arasında elmi əlaqələrin gücləndirilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyası BDU-nun prioritet istiqamətlərindəndir: “Əminəm ki, bu konfrans yeni elmi fikirlərin formalaşmasına, mühüm əməkdaşlıqların qurulmasına və ölkələrimiz arasında elmi inteqrasiyanın daha da güclənməsinə əhəmiyyətli töhfə verəcək”.

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib ki, Türk dünyası sadəcə ortaq keçmişin deyil, həm də ortaq gələcəyin adı kimi reallaşmağa başlayıb: “Türk dünyasının inteqrasiyasının təməl daşı Türkiyə-Azərbaycan qardaşlığıdır. Bu qardaşlıq tarixin, mədəniyyətin, dilin, taleyin və fədakarlığın yoğurduğu, tarixin süzgəcindən və sınaqlarından uğurla keçmiş sarsılmaz bir birlikdir. Türkiyə ilə Azərbaycanın ortaya qoyduğu strateji həmrəylik yalnız iki ölkənin deyil, bütün Türk dünyasının inteqrasiyasına nümunə olaraq bu prosesə öncüllük etməkdədir. Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin ortaya qoyduğu liderlik sayəsində Ankara ilə Bakı arasındakı əlaqələr tarixin ən yüksək səviyyəsinə çatıb. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn bu qardaşlıq münasibəti enerjidən müdafiəyə, nəqliyyatdan təhsilə, texnologiyadan mədəni diplomatiyaya qədər hər sahədə strateji dərinlik qazanıb. Bu gün TANAP təkcə boru xətti deyil, Türk dünyasının Avropaya açılan strateji damarlarından biridir. Bakı-Tbilisi-Qars dəmir yolu yalnız bir nəqliyyat layihəsi deyil, Türk dünyasının bir-birinə bağlanan yoludur. Zəngəzur dəhlizi isə Türk dünyasının fiziki inteqrasiyasının açarıdır. Türk dünyasının yüksəlişi yalnız geosiyasi deyil, texnologiya, innovasiya və insan kapitalı məsələsidir. Biz bu gün Türk dünyasının yeni bir intibahına şahidlik edirik. Əsas məqsədimiz Türk dünyasını texnologiya istehsal edən, qlobal dəyər zəncirinə istiqamət verən və innovasiya yaradan güclü bir mərkəzə çevirməkdir. Bu yolda universitetlərimizin, tədqiqat mərkəzlərimizin, gənclərimizin, ümumilikdə isə bütün akademik ictimaiyyətimizin üzərinə böyük məsuliyyət düşür”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri, professor Hicran Hüseynova isə Azərbaycan-Türkiyə arasında münasibətlərdə elm sahəsində layihələrin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, iki ölkə arasındakı inteqrasiyanın xüsusilə də elm sahəsində çox güclü gələcəyi var.
Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner Türk dünyasında transformasiya və inteqrasiyanın son illərdə həm siyasi, həm də akademik olaraq daha çox əhəmiyyət qazandığını vurğulayıb. O bildirib ki, Türk dünyasının inteqrasiyası ortaq tarix, dil və mədəniyyət əlaqələri üzərində qurulub. Bunun nəticəsində də iqtisadi, mədəni və siyasi əlaqələr genişlənməkdədir: “Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikri birliyimiz baxımından çox mühüm bir yol xəritəsidir. Bu yolda çalışmaq ən böyük məsuliyyətimizdir. Üç dövlət, bir millət olaraq birliyimizin, bərabərliyimizin, həmrəyliyimizin nəticəsində təşkil edilən bu konfransın işinə uğurlar arzulayıram”.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Girne Amerikan Universitetinin rektoru Serdar Yurtsever, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Ankara Hacı Bayram Veli Universitetinin prorektoru Kürşat Göktürk çıxışlarında konfransın Azərbaycan, Türkiyə və Şimali Kİpr Türk Cümhuriyyətinin alimlərini bir araya gətirən mühüm platforma olduğunu bildirib, konfransın ortaq elmi tədqiqatlara töhfə verəcəyini bildiriblər.

Konfrans öz işinə “Türk dünyası inteqrasiya” adlı xüsusi panel iclası ilə davam edib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri, professor Hicran Hüseynova, Girne Amerikan Universitetinin rektoru, professor Serdar Yurtsever, Ankara Hacı Bayram Veli Universitetinin professoru Fırat Purtaş məruzə ediblər.

Günün ikinci yarısı və sabah gün ərzində konfrans bölmələr üzrə fəaliyyət göstərəcək. Mayın 8-də isə konfransın onlayn bölmə iclasları keçiriləcək.

Beynəlxalq konfrans çərçivəsində iqtisadi inkişaf modelləri, regional inteqrasiya prosesləri, geosiyasi transformasiyalar, rəqəmsal texnologiyalar, innovasiya siyasəti, süni intellektin inkişaf perspektivləri, enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri və müasir beynəlxalq münasibətlər sistemində Türk dünyasının rolu kimi aktual mövzular ətrafında elmi müzakirələr aparılacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 May 2026 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri