Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Azərbaycanda yüzlərlə kitabxanaçı işdən çıxarıldı Etirazlar başladı

Azərbaycanda yüzlərlə kitabxanaçı işdən çıxarıldı Etirazlar başladı

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Mədəniyyət Nazirliyinin kitabxana işçiləri üçün keçirdiyi attestasiya etirazlara səbəb olub.

“Bakupost” xəbər verir ki, sosial şəbəkələrdə paylaşım edən bir qrup əməkdaş attestasiya zamanı İKT və şəbəkə texnologiyaları ilə bağlı texniki sualların verildiyini, əvvəlcədən isə bu istiqamətdə təlimlərin keçirilmədiyini bildirir. Onların sözlərinə görə, nəticədə yüzlərlə əməkdaş işdən azad edilib.

Şikayətçilərin fikrincə, belə suallar nəzərdə tutulurdusa, əvvəlcə əməkdaşlar təlimə cəlb edilməli və ya İKT mütəxəssisləri kitabxanalara ezam olunmalı idi.

“Belə sualların tərtibi ədalətli deyil. Məncə, nəticələr ləğv olunmalı, əməkdaşlar kurslara cəlb edilməlidir. Bəsdir aciz insanları çörəklə imtahan etdiz!!! Bu yazıqlar illərini kitab işinə həsr ediblər, az məvacibə qane olublar, şəraitsiz, internetsiz məkanda fəaliyyət göstəriblər. Və qəfildən İKT-yə dair suallar, bu, doğrudan da ədalətin anasını ağlatmaqdır. Yox, məqsəd kütləvi işçiləri işdən çıxarmaq, kitabxanaları bağlamaqdırsa, bu başqa məsələ. Əksər qurum bacardıqca vətəndaşı dövlətdən narazı salmaqda israrlıdır. Sosial partlayışa təkan verirlər...”, - deyə paylaşımlardan birində qeyd olunub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən “Bakupost”un sorğusuna cavab olaraq bildirildi ki, mərkəzləşdirilmiş kitabxana sistemlərində informasiya texnologiyaları istiqaməti üzrə fəaliyyət göstərən əməkdaşların attestasiyası keçirilib. Qeyd olundu ki, Attestasiya ölkə üzrə bu qəbildən olan və yalnız informasiya texnologiyaları və kitabxana proseslərinin avtomatlaşdırılması ilə bağlı vəzifələrdə çalışan əməkdaşları əhatə edib:

“Attestasiyaya cəlb olunan 1100-dən çox əməkdaşın 25 faizi ali, 50 faizi orta ixtisas, 25 faizi isə orta təhsilli olub. Attestasiyanın əsas məqsədi kitabxana sistemində həyata keçirilən rəqəmsal transformasiya prosesinin tələblərinə uyğun olaraq informasiya texnologiyaları sahəsində çalışan əməkdaşların peşə bilik və bacarıqlarını, tutduqları vəzifələrə uyğunluğunu qiymətləndirmək, eyni zamanda rəqəmsal xidmətlərin keyfiyyətini daha da gücləndirməkdir.

Attestasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müfaviq Qərarı ilə təsdiq edilmiş işçilərin attestasiyasının keçirilməsi Qaydalarına uyğun təşkil olunub.Həmçinin Mədəniyyət Nazirliyi tərəfindən attestasiyanın keçirilməsi, attestasiya proqramı, qiymətləndirmə istiqamətləri və tez-tez verilən suallar bu ilin aprel ayından etibarən Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Attestasiya zamanı informasiya texnologiyaları üzrə sualların verilməsi də məhz attestasiya olunan əməkdaşların vəzifə funksiyalarından irəli gəlib. Kompüter, şəbəkə texnologiyaları və informasiya təhlükəsizliyi üzrə baza biliklərinin qiymətləndirilməsi həmin vəzifələrin ayrılmaz tərkib hissəsidir”.

Nazirlikdən əlavə olundu ki, hazırda attestasiya komissiyalarının rəyləri və protokolları ümumiləşdirilir və yekun nətiəcələr əməkdaşlara işəgötürən tərəfindən bildiriləcək:

“Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən kitabxanaların müasir tələblərə uyğun inkişafı, rəqəmsal transformasiyası və xidmət keyfiyyətinin artırılması həyata keçirilən islahatların əsas istiqamətlərindəndir. Attestasiya prosesi də bu məqsədlərə xidmət edən, peşə uyğunluğunun qiymətləndirilməsi və insan resurslarının inkişafına yönəlmiş qanunvericiliklə tənzimlənən mexanizmdir. Nazirlik bu prosesi qanunvericiliyin tələblərinə uyğun, şəffaf, obyektiv və vahid qiymətləndirmə prinsipləri əsasında həyata keçirməkdə davam edəcək”.

Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev “Bakupost”a bildirdi ki, bu tip imtahanlarda İKT biliklərinin yoxlanılması kitabxana sisteminin rəqəmsallaşmasının tərkib hissəsidir:

“Müasir dövrdə artıq kitablar elektron formada təqdim olunur və müasir kitabxanalar elektronlaşdırılır. Məhz buna görə də illərlə kitabxana sahəsində işləyən şəxslər mütləq elektron sistemlərdən məlumatlı olmalı, süni intellekt və ya kompüter yönümlü sahələr üzrə müəyyən bilik və bacarıqlara malik olmalıdır. Ona görə də düşünürəm ki, imtahanın keçirilməsi və ya kitabxanaçıların sertifikasiyaya cəlb olunması beynəlxalq təcrübədə də öz əksini tapan məsələdir və doğru yanaşmadır. Əks halda, elektron kitabxanalardan istifadə mümkün olmayacaq və bu da həmin şəxslərin fəaliyyət imkanlarını məhdudlaşdıracaq”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 28 İyul 2026 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri