Icma.az
close
up
RU
Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil

Azərbaycanda zamin üçün ölüm də qurtuluş deyil

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ölkədə banklardan kredit götürən vətəndaşların sayı gündən-günə artır.

Onların sırasında istehlak kreditləri üstünlük təşkil edir. Vətəndaşlar kredit götürərkən əsasən etibar etdiyi şəxsi banka zamin kimi təqdim edir.
Beləliklə, bank kredit götürən şəxsi zaminlə birlikdə qeydə alır. Ancaq vətəndaşları məhz zaminliklə bağlı bəzi məsələlər düşündürür. 

Zamin duran şəxs bir müddətdən sonra onu dayandıra bilərmi və yaxud zamin vəfat etdikdən sonra bu müqavilə necə davam etdirilir?   

Məsələ ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”-a bildirib ki, zaminliyin çox qədim, əsrlərlə bağlı tarixi var:

“Bütün ölkələrdə zaminlik var. Ancaq zaminlik o demək deyil ki, bank kredit verəndə mütləq zamin götürməlidir, belə deyil.Bizdə də qanunda yoxdur ki, mütləq bank kredit verəndə zamin götürməlidir.Sadəcə yazılıb ki, bank kreditin qaytarılmasını müxtəlif yollarla təmin edə bilər.

Məsələn, girovla, zaminliklə banklar da kredit verəndə qorxurlar ki, krediti həmin şəxs qaytara bilməyəndə heç olmasa zamin versin. Azərbaycanda da elə kreditlər var ki, zamini yoxdur”. Zamin duran şəxsin zaminliyi istədiyi zaman dayandırmasına gəldikdə, ekspert deyir ki, həmin şəxs zaminliyi dayandıra bilməz:

“Əgər onu istədiyi anda dayandıra biləcəksə, onda bank üçün onun əhəmiyyəti olmur. Yəni bank üçün onun zaminliyinin əhəmiyyəti ondan ibarətdir ki, borcu götürən şəxs qaytara bilməyəndə zamindən pulu tələb edə bilsin.

Zamin istənilən anda zaminlikdən çıxa biləcəksə, onda zaminliyin heç əhəmiyyəti qalmır. Ancaq burada bir məqam var. Əgər kredit müqaviləsinə zaminin razılığı alınmadan dəyişiklik ediləcəksə, həmin dəyişiklik zaminin öhdəliyini ağırlaşdırırsa, onda zaminliyə avtomatik olaraq həmin andan xitam verilir. 

Məsələn, kredit müqaviləsinin müddəti artırılır. Bu halda o deməkdir ki, zaminin öhdəliyi ağırlaşdı. Yəni mən bir illik zamin durmuşdum, siz isə götürüb kreditin öhdəliyini müddətini iki il uzatmısınız. O zaman zaminliyə xitam verilir.

Yaxud əlavə borc götürüldü, bu halda zaminin öhdəliyi yoxdur. Ancaq elə bir dəyişiklik də ola bilər ki, zaminin öhdəliyi əksinə, artmır, azalır. Məsələn, bank kredit faizini endirir. Bu zaman zaminin öhdəliyi daha da yüngülləşir”. 

Ekspertin sözlərinə görə, əgər zamin vəfat etsə belə, zamin öz əmlakı ilə cavabdehdir:

“İstənilən şəxs, istənilən öhdəliyinə görə, zaminlik, kredit, nisyə alqı-satqı olsun, əmlakı ilə cavabdehdir. Həm insan sağlığında da, istər vəfat etdikdən sonrada belədir.Sağlığında nə əmlakı varsa, gəlib həmin əmlakdan tuta bilərlər. 

Vəfat etdikdən sonra da proses eynidir. Əgər əmlak varsa və əmlak onun vərəsələrinə keçibsə, həmin əmlak hesabına o borc bağlana bilər.
Zaminlə borclunun bir fərqi var ki, əgər borclunun borcunun hansısa bir hissəsi, yaxud tam hissəsi zamindən tutulursa, zamin və ya onun vərəsələri borcludan sonra həmin ondan tutulan pulu tələb edə bilər.

Məsələn, 10 min manat kredit götürülüb, onun 5 mini manatı qaytarılıb. Qalan 5 min manatı isə gəlib zamindən tutdular. Sonra zamin həmin pulu borcludan tələb edə bilər”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: zamin ölüm Əkrəm Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Avqust 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see242

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see241

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see237

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see236

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see235

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see233

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see231

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see231

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see216

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see214

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see210

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see206

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see197

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see197

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see197

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see196

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see196

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see193

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see190

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri