Icma.az
close
up
RU
Azərbaycanda zəhərlənmələr gizlədilir? Dünyada bizdən 1400 dəfə çoxdur AÇIQLAMA

Azərbaycanda zəhərlənmələr gizlədilir? Dünyada bizdən 1400 dəfə çoxdur AÇIQLAMA

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay aylarında Azərbaycanda qida zəhərlənməsi hallarında artım müşahidə olunur. İsti hava şəraiti qidaların daha tez xarab olmasına səbəb olduğu üçün bu mövsümdə vətəndaşlar arasında zəhərlənmələrə yoluxma riski də artır. 


Bəs bunun qarşısı necə alınmalıdır? 


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri, qida təhlükəsizliyi eksperti Eyyub Hüseynov bildirib ki, yayda qida zəhərlənmələrinin artmasının əsas səbəblərindən biri nəzarətsizlik, aidiyyəti qurumların öz işlərini lazımi səviyyədə icra etməməsi və hüquqi boşluqlardır:

“Bütün bu kimi halların kökünü qanunlarda axtarmaq lazımdır. İstehlakçı hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. O vaxtdan bu yana qanun yalnız istehlakçının zərərinə dəyişib”.


Ekspertin sözlərinə görə, bu sahədə nəzarəti həyata keçirən dövlət qurumları da effektiv fəaliyyət göstərmir:

“Qanunu yerinə yetirən dövlət orqanları demək olar ki, ümumiyyətlə işləmir. 2018-ci ildə Qida Təhlükəsizliyi Agentliyi yaradıldı, sevindik. Dörd il əvvəl həmin qurumun ictimai şurasının üzvü oldum, amma iki il ərzində onların mətbəxindən xəbər tuta bilmədim”.


E. Hüseynov qeyd edir ki, ölkədə baş verən qida zəhərlənmələrinin əksəriyyəti rəsmi statistikaya düşmür:

“Azərbaycanda zəhərlənmə statistikası ümumdünya göstəricilərindən 1400 dəfə, ölüm halları isə 700 dəfə az göstərilir. Bu, həqiqəti əks etdirmir. Zəhərlənmələr bütün dünyada olur, amma bu qədər məlumat deformasiyası düzgün deyil”.


Mövcud hüquqi mexanizmlərin effektli işləmədiyini bildirən ekspert vurğulayıb ki, AQTA təcili tədbir görmək səlahiyyətinə malik deyil:

“İndiki qaydalara əsasən, vətəndaş hər hansı məhsulun zəhərli olduğunu desə belə, AQTA onun satışının qarşısını dərhal ala bilmir. Əsasnamədə dəyişiklik olunmalı, agentlik cəld yoxlama və müdaxilə hüququ qazanmalıdır”.


E.Hüseynov hesab edir ki, istehlakçı hüquqları insan hüquqlarının ayrılmaz tərkib hissəsidir və bu hüquqların pozulması dövlət səviyyəsində ciddi şəkildə nəzarətə götürülməlidir:

“İnsanlar zəhərlənir, ölür, amma məsuliyyət daşınmır. Kimsə bir binanın kərpicini qaldıranda dərhal insan hüquqları yada düşür. Bəs niyə qida təhlükəsizliyi məsələsində bu ciddiyyət yoxdur?”.


Ekspert əlavə edib ki, illər ərzində beynəlxalq təşkilatlara Azərbaycanda istehlakçı hüquqlarının pozulması ilə bağlı mənfi xarakterli hesabat verməkdən çəkinib:

“Azad İstehlakçılar Birliyinin sədri kimi 28 ildir beynəlxalq qurumlara bu barədə mənfi hesabat verməmişəm. Amma görünən odur ki, insan zəhərlənəndə AQTA-nın yox, Səhiyyə Nazirliyinin üstünə gedilir. Bu da ciddi idarəetmə boşluqları yaradır”.


Bəsti Rəfizadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 İyun 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri