Icma.az
close
up
RU
Azərbaycandakı bahalı kərə yağının ucuz tərkibi: Neft, iç piyi, marqarin...

Azərbaycandakı bahalı kərə yağının ucuz tərkibi: Neft, iç piyi, marqarin...

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda kərə yağı bazarı uzun müddətdir müzakirə mövzusudur. 

Qiymətindən asılı olmayaraq, istər bahalı, istərsə də ucuz məhsulların keyfiyyəti ilə bağlı şübhələr yaranır. Bazardakı yağların böyük bir hissəsinin real tərkibinin göstəriciləri əks etdirmədiyi deyilir. Bu xüsusda İran istehsalı yağlarla bağlı iddialar diqqət çəkir. 

Bildirilir ki, bəzi iş adamları ölkəyə gətirilən məhsulların tərkibini dəyişdirərək keyfiyyətsiz məhsul satırlar. Məsələn, İran bazarında ən ucuz kərə yağının kiloqramı təxminən 6-7 dollar, yəni təxminən 11-12 manatdır. O halda sual yaranır ki, gömrük rüsumu, logistika, daşınma və vergi xərcləri olduğu halda həmin yağ Azərbaycanda necə 13-14 manata satışa çıxarıla bilər? 

İddialara görə, ölkəyə daxil olan saf yağın bir kiloqramından burada müxtəlif qatqılar əlavə etməklə bir neçə kilo məhsul hazırlanır. Bu isə həm keyfiyyətə ciddi təsir göstərir, həm də istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında iqtisadçı-eksperti Vahid Məhərrəmli bildirib ki, ölkədə standarta cavab verən yağ tapmaq mümkün deyil. Onun sözlərinə görə, bu sahəyə ciddi nəzarət yoxdur: 

“Yağların necə saxtalaşdırıldığı, necə qarışdırıldığı və bunu hansı şirkətlərin etdiyi barədə bir söz demək çətindir. Çünki bunun üçün əlimizdə sübut, laboratoriya analizi olmalıdır. Yalnız həmin analizlərə əsasən hansı kərə yağının standarta cavab vermədiyini deyə bilərik. Onunla razıyam ki, ölkədə standartlara uyğun kərə yağı tapmaq mümkün deyil. 

Bu da sahədə problemlərin olması ilə bağlıdır. Yəni nəzarət demək olar ki, başlı başına buraxılıb. İndi adi vətəndaş laboratoriyaya müraciət etsə belə, yağın tərkibinin tam düzgün analiz ediləcəyinə əmin deyil. Çünki artıq yalnız bitki yağları qarışdırmırlar. Son vaxtlar heyvanın iç piyi də kərə yağına qarışdırılır. Təxminən 30 faiz kərə yağı, 70 faiz isə iç piyindən ibarət qarışıq hazırlanır.

Əldə olunan qatqı heyvan mənşəli olduğu üçün onu ayırıb tam standartdankənar olduğunu müəyyənləşdirmək də çətinləşir. Son vaxtlar işbazlar artıq Bakı şəhərində belə qəssablardan heyvanın iç piyini kiloqramı 2 manata alaraq, bu işlə ciddi şəkildə məşğul olurlar”. 

Vahid Məhərrəmli qeyd edib ki, əgər ölkə olaraq öz tələbatımızı tam ödəmək və keyfiyyətli süd məhsulları istehsal etmək istəyiriksə, ilkin olaraq süd istehsalını artırmalı, daxili bazarı məhz öz məhsullarımızla təmin etməliyik: 

“Halbuki əslində Azərbaycanda keyfiyyətli, təmiz kərə yağı istehsal etmək mümkündür. Bunun üçün süd istehsalını minimum 2 dəfə artırmaq lazımdır. Çünki həm kərə yağına, həm keyfiyyətli pendirə, həm də içməli südə olan tələbatı ödəmək üçün daxili istehsal güclənməlidir. 

Bunun üçün yem istehsalını da artmalıyıq. Yəni bir kiloqram kərə yağı istehsal etmək üçün orta hesabla 23 litr süddən istifadə olunur. Bu rəqəm südün yağlılıq faizindən asılı olaraq dəyişir, yəni yağlılıq yüksəkdirsə daha az, aşağıdırsa, daha çox süd tələb olunur. Bəzi ekspertlər peyda olub ki, 22, 25 və 30 litr süddən istifadə olunmasının səbəbini anlamırlar. Burada yağlılıq əsasdır.

Bu göstəricini anlamadan müxtəlif rəqəmlər səsləndirirlər. İndi bazarlardakı bu vəziyyət yalnız Azərbaycanla məhdudlaşmır. Postsovet ölkələrinin əksəriyyətində oxşar mənzərə müşahidə olunur. Mən Qazaxıstanı bu siyahıda istisna hesab edirəm. Çünki həmin ölkə süd məhsullarının daxili istehsalını artırmağa və kərə yağına olan tələbatını əsasən özü ödəməyə çalışır”. 

İqtisadçı əlavə edib ki, Azərbaycan adambaşına kərə yağı istehlakı üzrə regionda ən yüksək göstəricilərə malikdir: 

“Nəzərə almaq lazımdır ki, Azərbaycan adambaşına daha çox kərə yağı istehlak edən ölkələrdəndir. Bunun da tarixi səbəbləri var. Dədə-babadan ölkəmizdə heyvandarlıq inkişaf edib, nehrə yağından istifadə olunub. Bu gün də kərə yağının istifadəsi bir ənənə kimi davam edir. Lakin əsas problem keyfiyyətdədir. Kərə yağının keyfiyyətində problem var. 

Bunu şəxsi təcrübəmdə də hiss etmişəm. Bir müddət Türkiyədən gətirilən yağlardan istifadə etdim, amma nəticədən razı qalmadım. Daha sonra İran istehsalı olan yağları sınadım. Kərə yağını iyi ilə müəyyən edirdim. Amma sonradan başa düşdüm ki, təkcə qoxu əsas deyil. Burada başqa problemlər də var. 

Azərbaycanda onsuz da kərə yağı bahadır. Özümə söz vermişəm ki, daha almayacağam. Çünki sonuncu dəfə alanda hiss etdim ki, neft qoxusu gəlir. Neft yağını da qatırlar. Onu da deyim ki, neftdən də yağ alırlar, onu da qatırlar. Çox təəssüf ki, Azərbaycanda saf və keyfiyyətli kərə yağı tapmaq hələ mümkün deyil”.

Vahid Məhərrəmli vurğulayıb ki, istehsalçılar müştəri qazanmaq üçün ilkin mərhələdə daha keyfiyyətli məhsul təqdim edirlər və sonradan mənfəəti artırmaq məqsədilə tərkibi dəyişdirirlər: 

“Əvvəlcə bazara daxil olmaq və müştəri toplamaq üçün şirkətlər təmiz kərə yağı buraxırlar. İstehlakçı məhsulla tanış olur, məmnun qalır və alıcı sayı artır. Lakin müəyyən müddət keçdikdən sonra bu yağların tərkibinə müxtəlif qatqılar əlavə etməyə başlayırlar. Yəni əvvəl nisbətən keyfiyyətli istehsal edilir, müştəri formalaşandan sonra isə daha çox qazanc əldə etmək məqsədilə yağın tərkibi dəyişdirilir. 

Hazırda Azərbaycanda kərə yağına bitki yağları qatırlar. Xaricdən gətirilən bitki yağlarından istifadə olunur. Marqarin də qatılır, çünki spesifik qoxusu yoxdur və adi istehlakçı üçün hiss etmək çox çətindir. O qədər həssas olmalısan ki, onun qoxusunu hiss edəsən. Əvvəllər  palma yağı da qatırdılar. 

Palma yağının müxtəlif sortları var, növləri yox, sortları. Eləsi var ki, yüksək keyfiyyətlidir və Avropa ölkələrində istehlak edilir, lakin texniki məqsədlə nəzərdə tutulanlar da var. Təəssüf ki, bizə çox vaxt məhz texniki istifadə üçün olan, keyfiyyətsiz sortlar gətirilir. Çalışırlar ucuz alıb, baha satsınlar”. 

Ekspertə görə, keyfiyyətsiz tərkibli yağlar təkcə istehlakçı hüquqlarının pozulması deyil, həm də sağlamlıq üçün real təhlükədir: 

“Bu isə həm istehlakçının aldadılması, həm də sağlamlıq üçün birbaşa təhlükə deməkdir. Ucuz alıb, baha satmaq məqsədi ilə görülən bu addımların nəticəsində xəstəliklər artır. 

Şəkər, ürək-damar problemləri, xərçəng və digər xəstəliklərin geniş yayılması qidanın keyfiyyəti ilə birbaşa bağlıdır. Bizdə bir kəmfürsətlilik var, yəni istəyirlər ki, daha çox qazansınlar. 

Halbuki insan gərək halal yolla pul qazansın. Saxta məhsul istehsal edib onu baha satmaqla daha çox qazanmaq olmaz. Övladlarımızı da elə yetişdirməliyik ki, halal qazancın dəyərini bilsinlər”. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Dekabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see144

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see143

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri