Əhməd İsmayılov: Rəqəmsallaşma ölkələrin media ekosistemləri üçün yeni təhdidlər də yaradır
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Biz ilk dəfə olaraq Gürcüstanla birlikdə media forumu keçiririk".
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Azərbaycan - Gürcüstan media forumunda çıxışı zamanı deyib.
O hesab edir ki, bu, tarixdən güc alan əməkdaşlığın növbəti uğurlu mərhələsinin əsasını təşkil edəcək və praktik əhəmiyyəti baxımından ölkələrin media mühitinə ciddi töhfə verəcək:
"Forum ölkələrimiz üçün mühüm əhəmiyyət kəsb edən mövzuya - ictimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyinə həsr olunub. Məlumdur ki, müasir informasiya mühiti sürətlə dəyişir və bu dəyişikliklər həm dövlətlər, həm də cəmiyyətlər qarşısında yeni çağırışlar yaradır. Rəqəmsal texnologiyaların inkişafı, sosial media platformalarının genişlənməsi və informasiya axınının sürətlənməsi medianın məsuliyyətini, peşəkarlıq standartlarını və ictimai etimadda oynadığı rolu daha da artırır. Bu baxımdan, forumun əsas mövzusu xüsusilə aktualdır. Çünki sağlam informasiya mühiti və ona güvənən cəmiyyət yalnız peşəkar jurnalistika fəaliyyətinin və effektiv informasiya təhlükəsizliyi siyasətinin vəhdəti ilə mümkündür".
İcraçı direktor vurğulayıb ki, hazırkı qlobal informasiya təhdidləri və formalaşmış yeni reallıqlar çərçivəsində ölkələrimizin informasiya mühitinin qorunması, əhalinin düzgün və obyektiv informasiya əldə edə bilməsi üçün lazımi şəraitin yaradılması böyük əhəmiyyət kəsb etməyə başlayıb:
"Etiraf etmək lazımdır ki, artıq insanların düşüncəsinə hakim kəsilmiş rəqəmsallaşma fenomeni ənənəvi media alətləri ilə müqayisədə daha böyük miqyası əhatə edərək, eyni zamanda, yeni imkanlar və fürsətlər qazandırır. Belə ki, rəqəmsal texnologiyalar mediaya geniş auditoriyalara daha sürətli və səmərəli şəkildə çatmaq imkanı verir. Texnologiyanın inkişafı ilə mediada həm ənənəvi xəbər istehsalı prinsipləri, həm də oxucuların məlumatları qəbul etmək üsulları və mənbə seçimləri davamlı dəyişir.
Rəqəmsallaşma yeni imkan və fürsətlər verdiyi kimi, öz növbəsində, ölkələrin media ekosistemləri üçün yeni təhdidlər də yaratmaqdadır. Belə ki, informasiyanın həddindən artıq bolluğu içində dezinformasiya və saxta xəbərlər ciddi təhlükəyə çevrilib".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Əhməd İsmayılov: Media savadlılığının
17 Dekabr 2024 10:27
Əhməd İsmayılov: Mətbuat xidmətləri üçün keçirilən təlimlərə...
30 Aprel 2025 18:58
Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb
21 Aprel 2025 11:48
Bu il Azərbaycan jurnalistikası üçün yaddaqalandır Əhməd İsmayılov
02 May 2025 11:08
“Rəqəmsal çağırışlar media üçün hərtərəfli hazırlıq tələb edir” Əhməd İsmayılov
27 May 2025 15:26
Baxış sayı:41
Bu xəbər 05 Dekabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları