Fərhad Xəlilov: Mirzə Qədim İrəvani Azərbaycan mədəniyyətinin ən parlaq simvollarından biridir
Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.
Bu gün Azərbaycan dəzgah rəssamlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi tamam olur. O, sadəcə Avropa üslubunu mənimsəyən bir rəssam deyildi, həm də qitədən dəzgah rəssamlığı texnikalarını gətirən və onu milli incəsənətin üzvi şəkildə tərkib hissəsi edən bir ustad idi.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı, professor Fərhad Xəlilov deyib.
Onun sözlərinə görə, Mirzə Qədim İrəvanı bu gün Azərbaycan mədəniyyətinin simvollarından birinə çevrilib: “O, təkcə görkəmli bir rəssam deyil, həm də xalqımızın tarixi yaddaşını və mədəni kimliyini təcəssüm etdirən son dərəcə əhəmiyyətli bir şəxsiyyətdir”.
F. Xəlilov vurğulayıb ki, heç bir əsl əsər sevgisiz yaranmaz və ya yaşamaz. Mirzə Qədim İrəvaninin sənətə, insana və həyata olan sonsuz sevgisi onun hər bir rəsmində, yaratdığı hər obrazda aydın hiss olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 05 Dekabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















