Icma.az
close
up
RU
Azərbaycandakı qadınlarla bağlı maraqlı statistika

Azərbaycandakı qadınlarla bağlı maraqlı statistika

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

2026-cı ilin əvvəlinə olan məlumatlara əsasən, ölkə əhalisinin 50,2 faizini qadınlar təşkil edir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, 2025-ci ildə doğulmuş 95,9 min körpənin 46,9 faizi qız uşaqları olub.

Ölkənin ümumi təhsil müəssisələrində qadınların xüsusi çəkisi yüksək olaraq qalır. Ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxunu, ali təhsil müəssisələrində 60 faizdən çoxunu, orta ixtisas təhsil müəssisələrində isə 80 faizə qədərini qadınlar təşkil edir. Həkimlərin isə üçdə iki hissəsi qadınlardır.

Təhsilalanlar arasında da qadınların payı əhəmiyyətlidir. Belə ki, ümumi təhsil müəssisələrində şagirdlərin 45 faizdən çoxunu, orta ixtisas təhsili müəssisələrinin tələbələrinin 60 faizdən çoxunu, ali təhsil müəssisələrinin tələbələrinin isə 50 faizdən çoxunu qızlar təşkil edir.

Qadınlar elmin inkişafında da fəal iştirak edirlər. Respublikamızda elmi işçilərin 60 faizdən çoxu qadınlardır və onların təxminən 30 faizi elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsinə malikdir.

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.2025-ci ilin ilkin məlumatlarına əsasən, məşğul əhalinin ümumi sayında qadınların xüsusi çəkisi 48,1 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında bu göstərici 30,3 faiz, fərdi sahibkarlar arasında isə 23,7 faizdir.

Qadınların respublikamızın ictimai-siyasi həyatda təmsilçiliyi də artmaqdadır. Azərbaycan Respublikasının Milli Məclisinə seçilmiş qadın deputatların sayı 2000-ci ildə 10,7 faiz olduğu halda, 2025-ci ildə 21,0 faizə yüksəlib.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanlar arasında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz idisə, 2025-ci ildə bu göstərici 18,8 faizə çatıb.

Statistik göstəricilər qadınların ölkənin demoqrafik strukturunda mühüm paya malik olmaqla yanaşı, təhsil, elm, səhiyyə, əmək bazarı və ictimai-siyasi həyatın bütün istiqamətlərində fəal iştirak etdiyini göstərir.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Mart 2026 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri