Icma.az
close
up
RU
Azərbaycandakı sahibkarlara XƏBƏRDARLIQ: Çox ciddi risk var

Azərbaycandakı sahibkarlara XƏBƏRDARLIQ: Çox ciddi risk var

News24 saytına istinadən Icma.az xəbər verir.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycandan idxal edilən pomidor partiyasında Cənubi Amerika güvəsi aşkar edib. “Rosselxoznadzor”un Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi fevralın 2-də fitosanitar nəzarət postunda Azərbaycandan göndərilmiş 17,1 ton təzə pomidor partiyasının yoxlanılması zamanı zərərli orqanizm - Cənubi Amerika güvəsi (Tuta absoluta (Povolny) aşkar edib.

“Rosselxoznadzor” İdarəsi tərəfindən yük sahibinə yoluxmuş subkarantin məhsulları ilə bağlı tədbirlərin görülməsi barədə bildiriş verilib. Mülkiyyətçi bu məhsulların zərərsizləşdirilməsi haqqında qərar qəbul edib.

Bu hadisə Azərbaycandan Rusiyaya pomidor ixracına qadağa qoyulmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, hazırda bəzi sahibkarlar üçün çox ciddi risk var:

“Əslində pomidor ruslar üçün strateji və ya əvəzolunmaz məhsul deyil. Rusiya bu məhsulu rahatlıqla digər qonşu ölkələrdən, o cümlədən Türkiyə, İran və Orta Asiya dövlətlərindən idxal edə bilər. Amma bizim üçün bu, böyük problemdir. Əgər Azərbaycan Rusiyaya pomidor sata bilməsə, bu fermerlərimizin ciddi zərər görməsi ilə nəticələnə bilər”.

İqtisadçı bildirib ki, Azərbaycanın bu sahədə əsas ixrac bazarı Rusiya olduğundan, hər hansı qadağa və ya ixracın dayanması bazarın çökməsinə və daxili qiymətlərin ucuzlaşmasına səbəb olacaq:

“Çox təəssüf ki, biz bu gün Rusiya bazarına alternativ tapa bilməmişik. Bu da pomidor ixracatçılarını həmin bazardan asılı vəziyyətə salır. Əgər Rusiyaya ixrac dayanarsa, pomidorun qiyməti təbii olaraq ölkə daxilində ucuzlaşacaq. Amma bu ucuzlaşma əhali üçün sevindirici olsa da, sahibkarlar üçün fəlakətdir. Onların biznesi faktiki olaraq çökəcək”.

Xalid Kərimli həmçinin qeyd edib ki, bir bazardan tam asılı qalmaq iqtisadi baxımdan böyük riskdir. Onun fikrincə, sahibkarlar indidən məhsullarını yeni bazarlara çıxarmağın yollarını düşünməli, alternativ ölkələrlə əlaqələr qurmağa çalışmalıdır:

“Sahibkarlar daha geniş coğrafiyada potensial alıcı axtarmalı, yeni ixrac kanalları yaratmalıdırlar. Əks halda, hər hansı siyasi və ya texniki səbəblə Rusiyanın bazarını itirsək, bu, minlərlə insanın güzəranına təsir edəcək”.

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 İyul 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri