Icma.az
close
up
RU
Azərbaycandakı saxta yağların alternativi: Ziyanlı çıxdı

Azərbaycandakı saxta yağların alternativi: Ziyanlı çıxdı

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın yağ bazarında kifayət qədər saxta, keyfiyyətsiz məhsul olduğundan, alıcılar nəyi seçəcəklərini bilmirlər.

Xüsusilə kərə yağı ilə bağlı dəfələrlə rəsmi qaydada verilən məlumatlar bu məhsulu başqa bir yağla əvəz etmək istəyənlərin sayını artırır. Xalis kərə yağı adı altında palma, marqarin və spred yağın satışı da alıcıları çəkindirən səbəblərdəndir. Odur ki, son illər kərə yağının alternativi kimi mətbəxlərə duru yağlar daxil olub.

Turkustan.az xəbər verir ki, adi günəbaxan, kətan toxumu, balqabaq, qoz və üzüm toxumu yağları satılsa da, öncəlik zeytun yağıdır. Bunların içində ən çox tələb görəni də məhz zeytun yağıdır.

Mütəxəssislər deyirlər ki, bu yağ keyfiyyətli və sağlamlıq üçün ziyansızdır. Bununla belə, son araşdırmalar zeytun yağının o qədər də sağlam olmadığını göstərir.

Təbii ki, zeytun yağı ürək-damar sisteminin sağlamlığına faydalı təsir göstərir. Üstəlik, həm gənc, həm də yaşlı üçün faydalıdır. Alimlər qan damarlarının güclənəcəyini, xolesterin lövhəsinin əmələ gəlmə riskinin azalacağını və ürəyin daha yaxşı işləyəcəyini müəyyən ediblər. Bu növ yağ demensiyadan qoruyur, müalicəvi və iltihab əleyhinə təsir göstərir. Bununla belə, ABŞ-nin Oklahoma Tibb Kolleci Universitetinin mütəxəssislərinin fikrincə, hər şeydə ölçü bilmək lazımdır.

Mütəxəssislərin apardığı araşdırma göstərib ki, oleik turşusu (zeytun yağında olan bir növ yağ turşusu) olan qidaları yemək digər pəhriz yağlarına nisbətən daha çox piylənməyə kömək edə bilər.

Təcrübə siçanlar üzərində aparılıb. Gəmiricilərin hamısı sağlam idi, xroniki xəstəlikləri və çəki problemi olmayıb. Siçanlar bir neçə qrupa bölünüb - hər biri kokos, zeytun, fıstıq yağı, süd, donuz yağı və soya yağında olanlar da daxil olmaqla müəyyən yağ turşuları ilə zənginləşdirilmiş məhsulların daxil olduğu pəhrizə salınıb.

Nəticədə məlum olub ki, oleik turşusu orqanizmdə daha çox yağ hüceyrəsi istehsal edir. Siqnal verən zülal AKT2-ni artırmaq və tənzimləyici protein LXR-nin fəaliyyətini azaltmaqla, yüksək səviyyələrdə olein turşusu yeni yağ hüceyrələrini meydana gətirən prekursor hüceyrələrin daha sürətli böyüməsinə səbəb olur.

Mütəxəssislər deyirlər ki, yağ hüceyrələrini əsgərlərdən ibarət ordu kimi düşünə bilərsiniz. Bədəndə çox oleik turşusu olduqda, bu əsgərlər daha çox olur. Artıq qida maddələrini saxlamaq üçün daha böyük bir tutum yaradırlar. Əgər bu maddələr piy hüceyrələrinin sayından çox olarsa, piylənmə, ürək-damar patologiyaları və ya diabet yarana bilər. /Cebheinfo.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 07 İyul 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri