Icma.az
close
up
RU
AZƏRBAYCANDAN BİRMƏNALI UKRAYNA MÖVQEYİ... “Demokratik Ermənistan”ın isə buna nə cəsarəti, nə də istəyi var

AZƏRBAYCANDAN BİRMƏNALI UKRAYNA MÖVQEYİ... “Demokratik Ermənistan”ın isə buna nə cəsarəti, nə də istəyi var

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. İşğaldan və öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi, biz, əlbəttə, həmin vəziyyəti tam anlayırıq”.

Bunu Azərbaycan Prezidenti ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda deyib. Onun bu açıqlaması olduqca yerinə düşdü və bir daha Azərbaycanın guya öz daxili və xarici siyasətini Rusiyanın göstərişləri, təsiri və nəzarəti altında qurduğu barədə iddiaların çürük, boş olduğunu təsdiqlədi. Bu, Azərbaycanı Rusiyanın “quyruğna bağlamaq istəyən” daxilimizdəki “rus dünyası aşiqləri”nə, hakimiyyətdə və ondan kənarda təmsil olunan Rusiyanın təsir agentlərinə də yaxşı cavab oldu…

Ölkə başçısı bu çıxışında diplomatik etiketlərin imkan verdiyi mümkün qədər açıq şəkildə Rusiyanın faktiki olaraq Ukrayna torpaqlarını işğal etdiyini və bunun beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu qeyd etdi: “İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır. Heç vaxt. Bizim məsələdə də bu, baş vermədi… Əgər işğal olunmuş yerlərdə sülhməramlı təmas xəttinə gəlirsə, bu o deməkdir ki, siz öz ərazinizlə vidalaşmalısınız və ən azı, mən bildiyimə görə, heç bir ölkə ərazi bütövlüyü ilə güzəştə getməyi və sülh müqabilində özünün beynəlxalq səviyyədə tanınmış ərazisini qurban verməyi Ukraynadan gözləməyə razılaşmayacaq. Düşünürəm ki, bu, ədalətli və realist görünmür… Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir. Bizim Xorvatiyadan olan dostumuz qeyd etdiyi kimi, onlar öz ərazisini azad etdi, sərhədə çıxdı və dayandı. Biz də eyni addımı atdıq. Öz sərhədimizə çıxıb dayandıq. Real dünyada müharibə bu cür bitir”.

Bəli. Bu, o deməkdir ki, işğal olunan ərazilər Ukraynanındır, Azərbaycan bu əraziləri Ukrayna əraziləri kimi tanıyır, tanıyacaq və müharibə o zaman bitmiş olacaq ki, Ukrayna öz ərazi bütövlüyünü tam bərpa edəcək. Necə ki, Azərbaycan bunu etdi!

Əlbəttə, reallıqda bu gün Ukrayna üçün öz ərazi bütövlüyünü tam bərpa etmək olduqca çətin, bəlkə də mümkünsüzdür. Lakin ölkə başçısı Azərbaycan nümunəsini xatırladır və Ukraynaya Azərbaycanın keçdiyi uzun, lakin düzgün yolu göstərir. Ən əsası isə Azərbaycan bununla da bir daha bütün beynəlxalq birlik qarşısında guya rəsmi Bakının Rusiyanın birbaşa, qeyd-şərtsiz təsiri altında olduğu barədə stereotipləri qırır, digər yandan beynəlxalq hüququn təməl prinsiplərinə sadiqliyini nümayiş etdirir.


İndi isə gəlin, Qərbin öz saxta narrativlərilə az qala “demokratiyanın beşiyinə” çevirdiyi Ermənistana baxaq. Rəsmi İrəvanın çıxışlarında Azərbaycanın döblət başçısının Ukrayna müharibəsilə bağlı dediklərinə bənzər nəsə tapa bilərsinizmi? İstər Baş nazir Nikol Paşinyan, istər parlamentin spikeri Alen Simonyan, istərsə də Xarici İşlər naziri Ararat Mirzoyan olsun. Əlbəttə ki, yox! KTMT üzvlüyündə qalan, ərazisində Rusiya hərbi bazasını saxlayan, nəhayət, Azərbaycan ərazilərini 30 il işğala məruz qoyan bir işğalçı dövlətin Ukraynanın işğalına rəsmi Bakı kimi birmənalı mövqe bildirməsi mümkünsüzdür, nəyinsə xatirinə dolayısı ilə bildirsə belə, bu, qeyri-səmimi və saxta bəyanat olacaq.

“İt itin ayağını tapdamaz” deyiblər. İçğalçı Ermənistan da heç vaxt açıq şəkildə Rusiyanın bu və ya digər ölkəyə qarşı işğalçılığına sərt münasibət bildirməyib və bildirməz…

Ancaq nə olsun? Gəlin bunu Qərbdəki ikiüzlü, saxta, riyakar “demokratiya keşikçiləri”nə deyin. Ermənistan rəhbərliyindən kimsə cəsarət edib Azərbaycan kimi Ukraynaya bu cür açıq dəstək bəyanatı versəydi, indi bütün Qərb mətbuatı bu barədə yazırdı, təriflər yağdırırdı…

Nədənsə onlar müharibə başlayandan bəri Rusiya hərbi sənayesini Qərb elektronikası ilə təmin edən, KTMT-də qalmaqda davam edən, hər imkanda Kremldən hərbi dəstək və yeni işğalçılıq üçün şərait yaratmasını gözləyən Ermənistanı görmürlər. Necə ki, Azərbaycanın Ukrayna ilə bağlı birmənalı, beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyini də görmürlər - “kordurlar”. Görmürlər ki, bəzi Avropa ölkələri, hətta Avropa İttifaqına üzv olan ölkələr belə, bu məsələdə ortaya Azərbaycan qədər birmənalı iradə və mövqe qoymurlar…

C.Məmmədov

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Aprel 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri