Icma.az
close
up
RU
Azərbaycandan Suriyaya təbii qaz ixrac Açılış olub, amma...

Azərbaycandan Suriyaya təbii qaz ixrac Açılış olub, amma...

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Xəbər verdiyimiz kimi, bu ilin avqust ayının 2-də Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə–Suriya təbii qaz boru kəmərinin rəsmi açılışı olub.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun da iştirak etdiyi açılış mərasimində Suriyaya ilkin mərhələdə ildə 1,2 milyard kubmetr təbii qazın ixrac olunacağı qeyd edilib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərdə avqust ayında Azərbaycandan Suriyaya təbii qazın ixracı ilə bağlı məlumat yer almayıb.
Belə ki, açıqlanan rəsmi məlumatlarda bu ilin yanvar–avqust aylarında Azərbaycan xarici ölkələrə ümumi dəyəri 5 milyard 996,8 milyon dollar olan 16 milyard 452,6 milyon kubmetr təbii qaz satdığı göstərilib.
Xarici ölkələrə satılan təbii qazın 1000 kubmetrinin orta gömrük dəyəri 364 dollar olub.
Qeyd olunub ki, Azərbaycan təbii qazı 6 ölkəyə satıb.
Təbii qazın satıldığı ölkələr, satılan qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri belə olub:
İtaliya – 6,25 milyard kubmetr (503 dollar);
Türkiyə – 6,64 milyard kubmetr (273 dollar);
Gürcüstan – 1,55 milyard kubmetr (109 dollar);
Bolqarıstan – 1,23 milyard kubmetr (371 dollar);
Yunanıstan – 599 milyon kubmetr (532 dollar);
Serbiya – 183 milyon kubmetr (560 dollar).
Onu da bildirək ki, Azərbaycan qaz ixrac etməklə yanaşı, Türkmənistandan və Rusiyadan təbii qaz idxal edib.
Bu ilin ilk 8 ayı ərzində Azərbaycan Türkmənistandan 212 milyon kubmetr (ümumi dəyəri 32,4 milyon dollar) və Rusiyadan 21,2 milyon kubmetr (ümumi dəyəri 3,9 milyon dollar) qaz alıb.
Bu ölkələrdən alınan qazın 1000 kubmetrinin gömrük dəyəri müvafiq olaraq 153 və 185 dollar olub.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 13 Oktyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri