Azərbaycanəsilli futbolçunun Rusiya çempionatında qol şousu VİDEO
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Moskva “Dinamo”sunun hücumçusu, azərbaycanəsilli rusiyalı futbolçu Ülvi Babayev dünən axşam Samaranın “Krılya Sovetov” klubunun qapısından üç qol keçirməklə oyunun qəhrəmanına çevrilib.
İdman.biz xəbər verir ki, Ülvi Rusiya Kubokunun oyunu çərçivəsində 22-ci, 71-ci və 78-ci dəqiqələrdə fərqlənib. Görüş “Dinamo”nun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Babayevin karyerasında ilk het-trikidir.
Xatırladaq ki, 21 yaşlı Babayev Moskva vilayətinin Ximki şəhərində anadan olub və 2021-ci ildən Moskva “Dinamo”sunda çıxış edir. O, dəfələrlə müxtəlif yaş qrupları üzrə Rusiya yığmalarına dəvət alıb.
Vüqar Vüqarlı
Baxış sayı:51
Bu xəbər 23 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















