Icma.az
close
up
RU
Azərbaycanı Çində təmsil edəcək kibertəhlükəsizlik komandalarının seçiminə Start verildi Fotolar

Azərbaycanı Çində təmsil edəcək kibertəhlükəsizlik komandalarının seçiminə Start verildi Fotolar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

22–27 sentyabr 2026-cı il tarixlərində Çinin Şanxay şəhərində keçiriləcək “WorldSkills Shanghai 2026” beynəlxalq yarışının kibertəhlükəsizlik istiqaməti üzrə seçim və hazırlıq mərhələsinə start verilib.

“Qafqazinfo” xəbər verir ki, dünyanın 89 ölkəsindən 1000-dən çox iştirakçı və ekspertin qatılacağı nüfuzlu beynəlxalq platformada Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması prosesi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azərbaycan”ın birgə strateji əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Seçim turları və yarışa hazırlıq prosesi İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təşkil olunur. Bu mərhələlər milli kiberkadr potensialının beynəlxalq standartlara uyğun formalaşdırılmasını, gənc mütəxəssislərin praktiki bacarıqlarının gücləndirilməsini və qlobal miqyasda rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir.

Seçim mərhələsinin ilk turu olan CTF-1 (Capture The Flag) yarışı 20 dekabr 2025-ci il tarixində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində keçirilib. Yarışda ümumilikdə 80 namizəd iştirak edib. CTF-1-in əsas məqsədi namizədlərin real dünya ssenarilərinə əsaslanan kibertəhlükəsizlik bacarıqlarını qiymətləndirmək, analitik düşüncə, texniki çeviklik və problem həll etmə qabiliyyətlərini ölçmək olub. İştirakçılar yarış platforması üzərindən təqdim olunan tapşırıqları müvafiq təlimatlara uyğun şəkildə icra ediblər. Nəticələrə əsasən ən yüksək performans göstərən 20 namizəd növbəti seçim mərhələsi olan CTF-2 yarışına vəsiqə qazanacaq.

CTF-2 mərhələsi 2026-cı ilin yanvar ayında 20 namizəd arasında keçiriləcək. Bu mərhələnin nəticələrinə əsasən seçiləcək 10 namizəd 2026-cı ilin fevral–avqust ayları ərzində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən təşkil olunacaq intensiv və məqsədyönlü təlim proqramına cəlb ediləcək. Təlim proqramı beynəlxalq yarış formatına uyğun olaraq texniki biliklərin dərinləşdirilməsi, praktiki səriştələrin artırılması və qlobal kibertəhlükəsizlik çağırışlarına cavab verə bilən mütəxəssislərin hazırlanmasını nəzərdə tutur. Proqramı uğurla başa vuran 2  iştirakçı “WorldSkills Shanghai 2026” beynəlxalq yarışında kibertəhlükəsizlik istiqaməti üzrə Azərbaycanı təmsil edəcək.

Bu seçim və hazırlıq prosesi ölkədə kibertəhlükəsizlik sahəsində dayanıqlı peşəkar kadr ehtiyatının formalaşdırılmasına, milli potensialın qlobal standartlarla uzlaşdırılmasına və Azərbaycanın beynəlxalq peşəkar platformalarda mövqelərinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Dövlət qurumları arasında qurulan effektiv əməkdaşlıq və institusional yanaşma Azərbaycanın rəqəmsal gələcəyinə yönəlmiş strateji prioritetlərin ardıcıl şəkildə həyata keçirilməsini təmin edir.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see155

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see143

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see136

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see135

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see131

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see131

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri