Icma.az
close
up
RU
Azərbaycanı evdə məğlub etmək çətindir Marko Rossi

Azərbaycanı evdə məğlub etmək çətindir Marko Rossi

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Macarıstan yığmasının baş məşqçisi Marko Rossi sabah Bakıda Azərbaycan yığması ilə keçirəcəkləri yoldaşlıq oyunu haqda bağlı fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, mütəxəssis həm Macarıstanın, həm də Azərbaycanın bu matçda qalib gəlmək istədiyini vurğulayıb:

"Bu oyun İsveçlə görüşdən fərqli olacaq. Rəqib də qalib gəlmək istəyir. Son 5 matçda 2 heç-heçə ediblər. Biz isə son görüşdə İsveçə uduzmuşuq. Aydın məsələdir ki, Azərbaycan bizimlə oyunda nəticə qazanmağa çalışacaq".

O, Azərbacan millisinin baş məşqçisi Fernandu Santuşdan da danışıb: "Fernandu Santuş həm milli, həm də klub səviyyəsində yaxşı məşqçidir. Onunla 2021-ci ildə qarşılaşdıq və uduzduq (0:3). O, güclü Portuqaliya komandası ilə çalışıb. Biz kiçik komandadan yox, Portuqaliyadan danışırıq. O, milli ilə 2016-cı ildə Avropa çempionu olub".

Baş məşqçi taktiki dəyişiklik edib-etməyəcəkləri barədə suala da cavab verib: "Heyətdə bəzi dəyişikliklər edəcəyik. İlk "11-lik"də də dəyişikliklər olacaq. Bunu əvvəldən planlaşdırmışdıq. Yəni, bu, İsveçə məğlubiyyətə görə deyil".

Marko Rossi "6 il əvvəl Azərbaycanla qarşılaşmışdınız. O vaxtdan bəri nə dəyişib" sualını cavablandırıb: "Çox şey dəyişib. Yeni komandanız var.  Bəlkə də həmin matçda oynayan, indi heyətdə qalan bir neçə futbolçu var. Ümumilikdə komanda fərqlidir. Bakıda problemsiz 2:0 hesabı ilə qalib gəldik. Ancaq evdə Azərbaycanı məğlub etmək çətindir. Biz top komanda deyilik və heç kimə yuxarıdan aşağı baxmırıq".

O, Azərbaycanla oyunda topa sahiib olmağa çalışacaqlarını deyib: "Azərbaycan bizim DÇ-2026-nın təsnifat mərhələsindəki rəqiblərimizə güc baxımdan yaxın komanadır. Çalışacağıq ki, topa daha çox sahib olaq. Demək istəmirəm ki, oyuna biz hakim olacağıq. Yox. Amma biz İsveçlə və Türkiyə ilə əvvəlki matçlara baxdıqda görürük ki, topa kifayət qədər sahib olmuşuq. Lakin bu heç nədir. Çünki qol vurmalısan. Biz təəssüf ki. qol vura bilmədik". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://qol.az
archiveBu xəbər 09 İyun 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see433

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see351

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see319

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see317

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see306

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see305

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see305

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see298

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see287

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see278

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see277

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see266

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see262

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see256

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see256

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see247

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see247

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see244

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see235
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri