"Barselona"ya 2 ci qolu da vurmalı idim" Coy Lens Mikels
Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Barselona” kimi bir komandaya qarşı oynamaq hamımız, bütün klub üçün çox xüsusi bir hadisə idi".
QOL.az xəbər verir ki, bu sözləri UEFA-ya açıqlamasında "Sabah"ın futbolçusu Coy-Lens Mikels deyib.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Barselona" ilə keçirilən oyundan sonra fikirlərini bölüşən hücumçu 1:4 hesabı ilə uduzduqları matçı belə şərh edib:
"İlk hissədə həqiqətən yaxşı çıxış etdik, cəsarətli oynadıq və kifayət qədər qol imkanlarımız oldu. Topumuz dirəkdən qayıtdı, əslində fasiləyə qədər iki və ya üç qol vura bilərdik. Lakin bu səviyyədə, “Barselona” kimi rəqiblərlə qarşılaşmada fürsətləri boşa verəndə, onlar sizi cəzalandırırlar. Aramızdakı əsas fərq də bu oldu – böyük komandalar ən xırda səhvi belə bağışlamır".
"Sabah"ın yeganə qoluna imza atan Mikels bildirib ki, matçda dubl müəllifi də ola bilərdi: "Şəxsi tərəfdən baxsaq, "Barselona"ya qol vurduğum üçün çox şadam. Amma dərhal sonra ikinci qolu vurmaq üçün çox yaxşı bir şansım da var idi, orada mütləq fərqlənməli idim. Bu cür epizodları dəyərləndirməyi öyrənməliyik. Hər bir halda, Çempionlar Liqasında belə bir rəqiblə qarşılaşmaq bizim üçün əvəzolunmaz bir təcrübədir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 26 Noyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















