Stadionda ölən azarkeşlə bağlı TƏBİB yeni detalları açıqladı
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
TƏBİB Bakıda keçirilən “Sabah” – “Barselona” qarşılaşması zamanı stadionda bir nəfərin öldüyünü təsdiqləyib.
Qurumdan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 25-də saat 20:25 radələrində Sabunçu rayonunda yerləşən Bakı Olimpiya Stadionundan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”, – TƏBİB-dən bildirilib.
Xatırladaq ki, Teleqrafın məlumatına görə, Rusiyanın Krasnoyarsk diyarından oyunu izləmək üçün Bakıya gələn 1987-ci il təvəllüdlü Anton Petrişşevin qarşılaşmanın ikinci hissəsində tribunada qəfil halı pisləşib və o, stadionda vəfat edib. TƏBİB-in cavabında ölümün səbəbi göstərilməyib.
Lamiyə Cənnətzadə
***
09:34
Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.
Modern.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.
Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.
Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.
İlkin ehtimala görə, azarkeşin ölümünə ürək tutması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 26 Noyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















