Icma.az
close
up
RU
Azərbaycanı gözləyən iki risk: İranda xüsusi tapşırıq verildi

Azərbaycanı gözləyən iki risk: İranda xüsusi tapşırıq verildi

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp və hökumət rəsmilərinin son açıqlamalarından sonra Yaxın Şərqlə bağlı narahatlıq artıb. Artıq Vaşinqtonun İsraillə birlikdə yaxın zamanda İrandakı nüvə obyektlərinə zərbələr endirməyə qərar verdiyi və bu istiqamətdə hazırlıqlara başladığı bildirilir.

İran ordusunun yüksək hərbi rütbəli şəxsləri isə belə bir hücuma cavab olaraq ABŞ-ın regiondakı bazalarının bombalanacağını vurğulayıblar. Hətta ötən gün İranın hava məkanını bağladığı və ordunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi üçün xüsusi tapşırığın verildiyinə dair məlumat yayılıb.

Qonşuluqda müharibənin olması regiona və Azərbaycana nə vəd edir? Qarşıdurma ölkəmizə də yansıya, ərazilərimiz hədəfə alına bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, ABŞ-ın İrana hərbi müdaxiləsi aktual olsa da, Vaşinqton son ana qədər bu variantı təxirə salmağa çalışacaq:

“Məsələnin hərbi müdaxilə ehtimalı səviyyəsinə gətirilməsi Tehrana təzyiq göstərmək və nüvə anlaşmasına razı salmaq məqsədi daşıyır. Lakin müdaxilə ssenarisi də gündəmdədir. Hər şey ABŞ və Rusiyanın anlaşmasından və İranın nüvə razılaşmasına münasibətindən asılı olacaq. Təbii ki, Tehran ətrafında mümkün olan hərbi ssenarilər bütövlükdə regiona və Azərbaycana da təsir göstərəcək.


Asif Nərimanlı

Bakı üçün əsas problem qaçqın axınıdır. Genişmiqyaslı müharibə olarsa, bu, cənubdakı soydaşlarımızın Arazın şimalına keçməsi ilə nəticələnə bilər. Adətən, böyük müharibələrdə qaçqın axınının miqyasını və nəticələrini proqnozlaşdırmaq çətin olur. Bununla yanaşı, Tehran hökuməti müharibə arealını genişləndirmək üçün region ölkələrini də hədəfə ala bilər. Məsələn, daha öncə İranda Azərbaycana qarşı olan qüvvələrin İsraillə müharibədə çərçivəsində ölkəmizin hədəfə alınması ilə bağlı fikirlər səsləndirilib. O baxımdan, mümkün müharibədə sözügedən ssenarinin reallaşma ehtimalı da nəzərə alınmalıdır.

Bütün hallarda İrana hərbi müdaxilə regionda proqnozlaşdırması mümkün olmayan proseslər vəd edir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Aprel 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri