Icma.az
close
up
RU
Putin Trampı yolundan döndərmək istəyir

Putin Trampı yolundan döndərmək istəyir

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında aparılan danışıqlardan sonra atəşkəs müzakirəsi daha çox gündəmə gəlib.

Ancaq əksər ekspertlər Putinin atəşkəsə maraq göstərmədiyi qənaətində ortaqdırlar.

“Kreml ABŞ-nin Rusiya diktatoru Vladimir Putini Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlara razı salmaq səylərinin qarşısını almağa çalışır”.

“Cebheeinfo.az” xəbər verir ki, bu ABŞ-də yerləşən Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.

Ekspertlər qeyd ediblər ki, bəzi rusiyalı şərhçilər ABŞ Prezidenti Donald Trampın administrasiyası daxilində ixtilaf salmağa çalışırlar.Məqsəd Ağ Ev liderinin Ukraynada sülhün bərqərar olması üçün avqustun 8-nə təyin etdiyi “son tarix” ərəfəsində ABŞ sanksiyalarından qaçmaqdır.

Onların sözlərinə görə, Rusiyanın dövlət mediası və Kremlyönümlü nəşrlər Rusiya Dövlət Dumasının üzvlərinin şərhlərini yayıblar. 

Müharibənin Tədqiqi İnstitutu əmindir ki, Kreml Ukraynaya dəstəyi zəiflətmək üçün daha geniş səylər çərçivəsində tez-tez Kiyev və onun müttəfiqləri, eləcə də ABŞ və Avropa arasında nifaq salmağa çalışır.

Ekspertlərin fikrincə, Kreml Tramp administrasiyasına qarşı bu cür informasiya taktikasından istifadə edərək, Vaşinqtonun müharibənin başa çatması üçün Vladimir Putini mühüm danışıqlarda iştirak etməyə məcbur etmək üçün davamlı səylərinə zərbə vurur:

"Kreml həm də çox güman ki, ABŞ-ni müharibədə birtərəfli güzəştlərə getməyə məcbur etməyə çalışır. Xüsusilə, atəşkəs və davamlı sülh üçün danışıqlar Rusiyanın maraqlarına uyğun olaraq ABŞ-Rusiya iqtisadi sazişlərinin bağlanmasına kömək etmək bu qəbildəndir".

Xəzər
“Cebheinfo.az”

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Avqust 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see399

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see277

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see273

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see266

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see262

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see260

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see258

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see257

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see256

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see243

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see236

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see235

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see235

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see234

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see233

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see232

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see232

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see231

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri