Icma.az
close
up
RU
Rusiya rəhbərliyinin neoimperialist planları Azərbaycanı öz haqq yolundan çəkindirə bilməz

Rusiya rəhbərliyinin neoimperialist planları Azərbaycanı öz haqq yolundan çəkindirə bilməz

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Müşahidələr onu göstərir ki, Rusiyanın güc strukturlarının Kremlin "xeyir-dua"sı ilə bu ölkədə yaşayan miqrant soydaşlarımıza qarşı, Azərbaycan diasporunun liderlərinə qarşı və Azərbaycan əsilli iş adamlarına qarşı "qanun" adı altında qanunsuzluqlarının, təzyiqlərinin ikinci dalğası başlayıb. Ötən gün Rusiya məhkəməsi “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bunun ardınca isə, Şahin Şıxlinskinin özüylə bağlı axtarış elan edildi. Belə ki, Ş.Şıxlinski də bir gün əvvəl həbs edilmiş oğlu kimi "dövlət məmuruna qarşı zorakılıq etməkdə" ittiham olunur.
Azərbaycanlı diaspor liderinin özünün axtarışa verilməsinə, oğlu Mütvəli Şıxlinskinin isə həbs edilməsinə şəxsən Rusiyanın Dövlət Dumasının deputatı, “Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironovun müraciətinin səbəb olduğu bildirilir. Sergey Mironov sosial şəbəkədə yazıb ki, Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu məhz onun rəsmi müraciəti əsasında saxlanılıb. Bu adam Rusiya Dumasının təmsilçisi olaraq azərbaycanlılara qarşı repressiyaları qızışdırmağa yönələn bəyanatla çıxış edir. Mironov bildirib ki, onun müraciətinin əsas hədəfi bütün Azərbaycan diasporunun yoxlanılmasıdır. Bu sıraya Moskvanın ən böyük “Sadovod” və “Food City” bazarlarının yoxlanılması da daxildir. Bu bazarlar Rusiyada tanınmış azərbaycanlı mənşəli milyarder God Nisanova məxsusdur. Beləliklə, Kreml Şahin Şıxlinskinin özünün və oğlunun ardınca, Qod Nisanovu da hədəf alıb.
Bütün bunlar təsadüfdürmü? Əlbətti ki, yox! Bu cür kritik addımlarla bağlı qərarlar heç vaxt təsadüfən verilmir. Ortada çox böyük bir anti-Azərbaycan planı var. Sergey Mironov hazırkı Rusiya siyasi elitasında sıradan bir şəxs deyil. Onun Azərbaycan diasporuna qarşı yeni hücum mərhələsini açıq şəkildə elan etməsi, əslində, birbaşa Kremlin Azərbaycan diasporuna qarşı məqsədyönlü təzyiq dalğasını başlatdığını göstərir. Kreml "hüquqi tədbirlər" adı altında diaspor üzərindən Azərbaycan dövlətinə qarşı siyasi təzyiq kampaniyası aparır. Artıq sıravi azərbaycanlı miqrantlarla yanaşı, diaspor rəhbərlərinin və Rusiya iqtisadiyyatında böyük çəkiyə malik azərbaycanlı iş adamlarının da hədəf alınması Putin Rusiyasının ölkəmizə qarşı məkrli niyyətlərindən xəbər verir.
Kremlin ana hədəfi Azərbaycanı müstəqil, suveren siyasət yürütmək kursundan çəkindirmək və ölkəmizi Rusiyanın təsir dairəsinə cəlb etməkdir. Lakin Rusiya rəhbərliyinin bu cür neoimperialist planları Azərbaycanı öz haqq yolundan çəkindirə bilməz. Azərbaycan rəhbərliyi müstəqil xarici siyasət yürütmək kursunu bundan sonra da davam etdirəcək. Rəsmi Moskva isə imperiya təfəkküründən əl çəkib öz qonşuları ilə, o cümlədən Azərbaycan Respublikası ilə sivil, bərabərhüquqlu münasibətlər qurmağa səy göstərməlidir.
Miqrantlar və diaspor fəalları üzərindən Azərbaycana təzyiq göstərmək Rusiyaya başucalığı gətirmir. Rusiya lideri artıq bu gerçəyi anlamalıdır. Putin, həmçinin başa düşməlidir ki, suveren Azərbaycana təzyiq göstərmək faydasızdır. Miqrantları, diaspor fəallarını sıxışdırmaq Rusiyanın özü üçün zərərlidir. Biz isə Rusiyada yaşayan azərbaycanlıları birliyə, həmrəyliyə çağırırıq. Soydaşlarımız bu həssas məqamda həm bir-birilərinə dəstək verməli, həm də maksimum dərəcədə ayıq və təmkinli davranaraq Kremlin onlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək məqsədinə mane olmalıdırlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 İyul 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri