Icma.az
close
up
RU
Azərbaycanı könüllü tərk etmiş ermənilərə qarşı Ermənistanda diskriminasiya: Taksi sürücüsü ürəyindən bıçaqlandı

Azərbaycanı könüllü tərk etmiş ermənilərə qarşı Ermənistanda diskriminasiya: Taksi sürücüsü ürəyindən bıçaqlandı

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın likvidasiyasından sonra Azərbaycanı könüllü tərk etmiş ermənilərə qarşı Ermənistan cəmiyyətində nifrət və ayrıseçkilik mövcuddur. Məhz bu aqressiyanın nəticəsi olaraq Azərbaycanda qalmaqdan imtina edənlərdən biri- Nerses Abqaryan dünəb gecə saatlarında Ermənistanın "Kotayk rayonu"nda idarə etdiyi “Mazda 3” markalı avtomobilldə bıçaqlanaraq öldürülüb. O, xəstəxanaya aparılıb, ancaq dünyasını dəyişib.

AzNews.az İrəvan mediasına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisəni törədən şəxs müəyyən edilərək tutulub. Media və hüquq mühafizə orqanları cinayətin "məişət zəminində" törədildiyini iddia edirlər. Söylənənlərə görə, Abqaryan öz maşını ilə taksi xidməti göstərirmiş. Bir sərxoş vətəndaş maşına minib, yolda mübahisə düşüb, sərnişin sürücünü bıçaqlayıb. Məhkəmə-tibb ekspertizasının rəyinə görə, 35 yaşlı gəncin döş qəfəsində çox sayda iti kəsici-deşici alət zərbəsinin izi var.

AzNews.az

seeBaxış sayı:95
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri