Icma.az
close
up
RU
Azərbaycanı rüsvay edən nazirlik: COP29 a rəhbərlik edən Muxtar Babayev adımızı çirkli ölkələr zirvəsi nə qaldırıb...

Azərbaycanı rüsvay edən nazirlik: COP29 a rəhbərlik edən Muxtar Babayev adımızı çirkli ölkələr zirvəsi nə qaldırıb...

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Azərbaycanda çirkli pulların yuyulması, məmurlar tərəfindən çirkli işlərin görülməsi haqda qulaq çox eşidib, amma ölkənin çirkli ölkələr arasında "yüksək" yer tutduğunu eşitmək bir ayrı faciədir. Axı cəmi iki ay əvvəl bu ölkə COP29 konfransına ev sahibliyi etmişdi, yaşıl enerjidən danışır, təmiz şəhərlər haqda danışırdıq. Özü də COP29 tədbirinin prezidenti ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev idi. Taleyin ironiyasına bax ki, Azərbaycanın çirkli ölkələr siyahısına düşməsinə səbəb olan nazir o zaman bu prosesə rəhbərlik edirdi. Heç deyən də olmadı ki, Muxtar Babayev ekologiyanın, təmiz havanın qayğısına nə vaxt qaldı ki, COP29 ona tapşırıldı? İndisə bu tədbirdən iki ay keçir və "Numbeo” qlobal məlumat bazası ən çirkli ölkələrin reytinqini dərc edir."

Çirklənmə indeksi – 2025” (“Pollution Index 2025”) adlı hesabatda Azərbaycan ekoloji baxımdan çirklənmiş ölkələr sırasında yer alıb. Azərbaycan çirklənmə səviyyəsinə görə 113 ölkə arasında 82-ci sırada qərarlaşıb, çirklənmə indeksi isə 72,7-dir. Maşallah, neqativ nə varsa, siyahıların başında getməyə hazırıq. Bu da əlbət ki, məmurların ölkəni necə idarə etməsinin nəticəsidir.
Anaxeber.info bildirir ki, bu hesabatda ön sırada olmaq məhz ETSN rəhbərliyinin fəaliyyətinin "bəhrəsidir". Çünki ekoloji təmizlikdən nəinki söhbət gedə bilməz, getdikcə bu barədə vəziyyət pisləşir. Nazirlik isə real tədbirlər görmədiyi üçün ilbəil Azərbaycan çirkli ölkələr arasında yer alır. Məsələn, yaşıllıqların məhvi, havasızlığı yaradan tikinti bumu, meşə zolaqlarının azalması, iaşə obyektlərinə ağacların qurban verilməsi, küçə və prospektlərdə təmizliyə riayətin Avropa səviyyəsində olmaması əsas amillərdir.

Reytinq hazırlanarkən, müxtəlif ölkələrin şəhərlərində hava və suyun, həmçinin işıq, səs-küyün çirklənməsi, tullantıların utilizasiyasının keyfiyyəti, yaşıllıq səviyyəsi, hətta həyatın rahatlığı da nəzərə alınır. İndeks “Numbeo”nun keçirdiyi sorğuların nəticələri əsasında tərtib edilir. Məlumatların düzgünlüyünü təmin etmək məqsədilə potensial spamlar filtrləmə ilə müəyyən olunaraq kənarlaşdırılır.

Reytinq siyahısında Belarus 33-cü, Özbəkistan 42-ci, Rusiya 53-cü, Moldova 58-ci, Ukrayna 59-cu, Ermənistan 60-cı, Türkiyə 67-ci, Gürcüstan 72-ci yerdə qərarlaşıb. Region ölkələrindən yalnız Qazaxıstan (86) və İran (91) Azərbaycandan sonra gəlir. Göründüyü kimi, M.Babayevin rəhbərliyi altında ETSN Azərbaycanı dünyaya rüsvay edib. Məlum olur ki, COP29 keçirən ölkə çirkliliyə görə "zirvə"lərdədir və ən dəhşətlisi budur ki, bu regionda çoxlarından geri qalırıq. Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycan Afrika dövlətlərinə yaxınlaşmaqdadır. Görünür, onların bizdəki kimi nazirliyi yoxdur. Hesabatda deyildiyi kimi, əsasən təmizlik, yaşıllıq nəzərə alınıb. Bizdə isə ETSN təkcə Bakını götürsək, paytaxtı keçəlxanaya döndərib. Elə bil şəhərdə daş dövrüdür. Avropa bir yana, Gürcüstan, Özbəkistan, Belarus başdan-başa yaşıllıqlara oksigen balonuna oxşayır. İnsanlar təmiz hava udur. Bizdə isə Şamaxıdan Bakıya qayıdanda səmaya baxırsan, Muxtar Babayevin "əli işi"ni görürsən. Dünyada analoqsuz hadisədir ki, COP29 olan ölkə çirkli ölkələr siyahısında yer alır. Ümumiyyətlə, Bakının çirkli olmasına səbəb məmurların çirkin və rüşvət əməlləridir. Bəlkə də nazirlik onlarla bacarmır. Şəhərin yaşıllıqlarına "divan tutub", sonra ekoloji təmizlikdən danışırlar. Hələ biz şəhərdə zibil qutularının az olmasını demirik. Küçələrin süpürülməsi də bir ayrı faciədir. Bu işi yaşlı qadınlara etdirirlər. Sanki elektron süpürgələr yoxdur. ETSN bizi bu "qara siyahı"dan çıxarmaq üçün indi nəsə etməlidir. Dünyanı bura yığıb danışmaqla deyil...

Anaxeber.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Yanvar 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri