Azərbaycanı Tbilisidəki “Böyük Dəbilqə”də 11 cüdoçu təmsil edəcək
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 20–22 mart tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə “Böyük Dəbilqə” turniri keçiriləcək.
İdman.Biz xəbər verir ki, Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın başçılığı altında 7 çəki dərəcəsində 11 cüdoçu (6 kişi, 5 qadın) ilə təmsil olunacaq.
Üç gün davam edəcək turnirdə 52 ölkədən 406 idmançı (250 kişi, 156 qadın) mübarizə aparacaq.
Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Heyəti təqdim edirik:
Kişilər
-66 kq
Rəşad Yelkiyev
Turan Bayramov
-73 kq
Kamran Süleymanov
Hidayət Heydərov
+100 kq
Camal Qamzatxanov
Kənan Nəsibov
Qadınlar
-48 kq
Könül Əliyeva
-52 kq
Leyla Əliyeva
-70 kq
Südabə Ağayeva
Aytac Qardaşxanlı
+78 kq
Madina Kaisinova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 17 Mart 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















