Icma.az
close
up
RU
Azərbaycanı təmsil edən atçı: Britaniyada Azərbaycan bayrağını dalğalandırmaq böyük qürurdur

Azərbaycanı təmsil edən atçı: Britaniyada Azərbaycan bayrağını dalğalandırmaq böyük qürurdur

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vindzor, 16 may, AZƏRTAC

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu- 2025”də ölkəmiz ilk dəfə 130 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur.

Nümayəndə heyətinin üzvlərindən biri, gənc atçı Elvina Valeşeva AZƏRTAC-a müsahibəsində bildirib ki, bu tədbirdə Azərbaycanı təmsil etmək onun üçün böyük qürur hissidir.

“Britaniyada Azərbaycan bayrağını dalğalandırmaq bizim üçün böyük qürurdur. Bu səfər zamanı “Azerbaijan - Land of Fire” adlı şou-kompozisiyada çıxış edəcəyik. Proqramda canlı orkestr olduğu üçün daha çox həyəcan hiss edirik”,- deyə o, bildirib.

Elvina Valeşeva qeyd edib ki, çıxışında üç fərqli hərəkət nümayiş etdirəcək: “Onlardan biri iki atın arasında şpaqat açmaqdır. Bu mənim üçün həm məsuliyyətli, həm də həyəcanverici andır,” – deyə o, vurğulayıb.

Elvina əlavə edib ki, Vindzordakı çıxışdan sonra mayın 22–25-də Türkiyədə keçiriləcək növbəti beynəlxalq tədbirdə də Azərbaycanı təmsil edəcək.

“Azerbaijan – Land of Fire” şou-kompozisiyası Qarabağ atlarının gözqamaşdırıcı nümayişi, istedadlı rəqqasların çıxışı və yeni orkestr qrupunun müşayiəti ilə təqdim olunub. Kompozisiyanın əsasını Vindzor tamaşaçılarına yaxşı tanış olan, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqimiz təşkil edib.

“Vindzor Kral Atçılıq Şousu – 2025” mayın 15-dən 18-dək Vindzor şəhərində yerləşən eyniadlı tarixi qəsrin ərazisində keçirilir. Tədbirə dünyanın müxtəlif ölkələrindən nümayəndələr iştirak edirlər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see203

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see185

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see170

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see153

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see141

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see134

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri