Icma.az
close
up
RU
“Azərbaycanı vurardıq” bəyanatına Bakıdan cavab KONKRET

“Azərbaycanı vurardıq” bəyanatına Bakıdan cavab KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

İran parlamentinin deputatı Kamran Qəzənfərinin Azərbaycanın ünvanına növbəti dəfə səsləndirdiyi ittihamlar iki ölkə arasında münasibətlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Deputat bu dəfə İranın müharibə zamanı Azərbaycana hücum etməyə hazırlaşdığını, lakin Prezident Məsud Pezeşkianın buna mane olduğunu iddia edib.

Kamran Qəzənfərinin bu cür əsassız və təxribat xarakterli açıqlamaları İranın rəsmi siyasətinin elementi sayıla bilərmi, yoxsa bu, yalnız radikal deputatın şəxsi mövqeyidir? Bu cür bəyanatlar Azərbaycan–İran münasibətlərinə real təsir göstərə bilərmi?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun prioritet istiqamətlərindən biri ikitərəfli münasibətlərin inkişafıdır.
Onun sözlərinə görə, bu münasibətlər çərçivəsində əsas prioritet qonşu dövlətlərlə əməkdaşlığın yüksək səviyyədə təmin edilməsidir:

“Bu prizmadan yanaşdıqda, İran İslam Respublikası ilə əlaqələr Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmiz hər zaman İranla mehriban qonşuluq siyasətinə sadiq qalıb və bunu təkcə sözlə deyil, əməli addımları ilə də sübut edib. Bütün bu reallıqlar fonunda İran parlamentinin üzvü Kamran Qəzənfərinin İranın guya Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq istədiyi, lakin bunun qarşısını Məsud Pezeşkianın aldığı barədə iddiaları təəssüf doğurur. Bu cür reallığa uyğun gəlməyən, təxribat xarakterli ittihamlar səsləndirilib”.

Deputat bildirib ki, bu fikirləri İranın rəsmi mövqeyi kimi qəbul etmək istəməzdi:

“Ümid edirik ki, bu, yalnız İrandakı müəyyən radikal qrupların mövqeyidir. Hesab etmək istəyirik ki, İran İslam Respublikasının ali siyasi rəhbərliyi bu yanaşmanı bölüşmür. Çünki onlar yaxşı bilirlər ki, Azərbaycan heç vaxt İrana qarşı hər hansı kampaniyada iştirak etməyib. Belə olan halda, İrana qarşı heç bir addım atmamış Azərbaycana hərbi əməliyyatların gündəmə gətirilməsi üçün əsas yoxdur”.

E.Nəsirov qeyd edib ki, Azərbaycan uzun illərdir bu siyasətə sadiqdir:

“Əksinə, Prezident İlham Əliyevin ABŞ-a ilk rəsmi səfəri zamanı İrana qarşı mümkün hərbi əməliyyatlar geniş müzakirə olunurdu və Azərbaycanın ərazisindən istifadə niyyətləri gizlədilmirdi. Həmin vaxt İlham Əliyev ABŞ Prezidenti Corc Buşa açıq şəkildə bildirmişdi ki, Azərbaycan heç bir halda öz ərazisindən üçüncü dövlət tərəfindən İrana qarşı istifadə olunmasına icazə verməyəcək. Bu mövqe Ağ Ev qarşısında keçirilən brifinqdə də ictimaiyyətə açıqlanmışdı. Artıq 20 ildir ki, Azərbaycan bu siyasətə sadiqdir və heç bir dövlətə öz ərazisindən İrana qarşı istifadə etməyə imkan verməyib. Bu, bizim dostluq və mehriban qonşuluq siyasətimizin göstəricisidir. Hesab edirəm ki, İranın siyasi rəhbərliyi və xalqı bunu çox yaxşı bilir. Onlar həm də fərqindədirlər ki, Azərbaycan bu mövqeyinə görə bir çox hallarda Qərb ölkələrinin əsassız təzyiqləri ilə üzləşib”.

Deputatın fikrincə, rəsmi Tehran da bu reallığın fərqindədir:

“Ona görə də istərdik ki, bu fikirlər yalnız bir iranlı deputatın və ya müəyyən radikal qrupların mövqeyi kimi qiymətləndirilsin, İran dövlətinin rəsmi mövqeyi hesab olunmasın. İnanırıq ki, İranın rəsmi dairələri Azərbaycanın hər zaman dostluq və mehriban qonşuluq siyasətinə sadiq qaldığını və bu siyasəti uğurla həyata keçirdiyini yaxşı bilirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 İyun 2026 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri