Azərbaycanın 2 ölkədəki səfiri dəyişdirilib
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Zaur Rəşid oğlu Əhmədov Azərbaycanın İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Newscenter.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, E.Sultanov 2021-ci ildən bu vaxta qədər Azərbaycanın Latviyada səfiri vəzifəsində çalışıb.
XXX
Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə həmin vəzifəyə Nərminə Elsevər qızı Mustafayeva təyin olunub.
Qeyd edək ki, N.Mustafayeva 2020-ci ildən Azərbaycanın Türkiyənin İstanbul şəhərində Baş konsulu vəzifəsində çalışıb.
Anar
Bu mövzuda digər xəbərlər:Azərbaycanın bu ölkədəki konsulluğu işləməyəcək
12 May 2026 21:44
Türkiyənin bu ölkədəki səfiri öldü
19 May 2025 12:12
Rusiyanın bu ölkədəki səfiri öldü
08 Dekabr 2025 17:26
Keniya Senatının üzvləri Azərbaycanın bu ölkədəki səfirliyində olublar
13 Avqust 2025 13:38
Gürcüstanın bu ölkədəki səfiri istefa verdi
29 Noyabr 2024 17:00
Baxış sayı:83
Bu xəbər 12 Avqust 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















