Icma.az
close
up
RU
Keniya Senatının üzvləri Azərbaycanın bu ölkədəki səfirliyində olublar

Keniya Senatının üzvləri Azərbaycanın bu ölkədəki səfirliyində olublar

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 avqust, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun cari ilin iyununda Keniyaya rəsmi səfərin nəticələrindən biri kimi iki ölkənin parlamentləri arasında əməkdaşlığın daha da gücləndirilməsi ilkin olaraq razılaşdırılıb. Bu məsələ Keniyanın ikipalatalı qanunvericilik orqanları Milli Assambleyanın sədri Moses Vetanq'ula və Senatın sədri Amason Ceffa Kinqi ilə görüşlərdə müzakirə edilib.

Ölkəmizin Keniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Milli Məclisi ilə Keniya Senatı arasında dostluq qrupunda iştirak edəcəyi ehtimal olunan Keniya Senatının üzvləri Stevart Madzayo, Tabitha Mutinda və Hamida Kibvana Azərbaycanın bu ölkədəki səfirliyini ziyarət ediblər.

Səfir Sultan Hacıyev senatorları Ulu Öndər Heydər Əliyevin siyasi kursuna əsaslanan inkişaf yolu və azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri haqqında məlumatlandırıb. Onlara Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründəki fəaliyyətinin və parlament diplomatiyasının önəmi, COP29-a ev sahibliyi zamanı irəli sürülmüş təşəbbüslər, eləcə də WUF13-ə hazırlıq planları haqqında məlumat verilib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə Vaşinqtonda imzaladığı Birgə Bəyannamənin həm Azərbaycan ilə Ermənistan arasında, həm də ümumilikdə regionda sülh və inkişaf üçün tarixi əhəmiyyəti barədə danışılıb.

Sonda tərəflər Azərbaycanın Milli Məclisi ilə Keniyanın Senatı arasında yaradılacaq əməkdaşlığın ölkələr arasında sürətlə inkişaf edən əlaqələrin dinamikasına müsbət töhfə verəcəyinə ümidvar olduqlarını ifadə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri