Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Azərbaycanın ABŞ dakı SƏFİRLƏRİ

Azərbaycanın ABŞ dakı SƏFİRLƏRİ

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Səfirlərin yüksək səviyyədə diplomatik və şəxsi bacarıqlara malik olmaları vacibdir, çünki onların vəzifəsi çox müxtəlif və mürəkkəb məsələləri əhatə edir. Cəlbedici yanaşmalar ortaya qoymaq, lazımi əlaqələr qurmaq, gərgin və çətin vəziyyətlərdən çıxmaq, təşkilatçılıq və idarəetmə bacarığı, təhlil və strateji düşünmə, təzyiq altında işləmə qabiliyyəti, yüksək etik standartlar və s... - bunlar səfirin öz ölkəsini beynəlxalq səhnədə uğurla təmsil etməsi üçün zəruri olan keyfiyyətlər hesab olunur.
Modern.az saytı “Səfirlər” rubrikasında silsilə yazılara start verir.
Rubrikamızın ilk yazısı Azərbaycanın ABŞ-da fəaliyyət göstərmiş səfirləri haqqındadır. Amerikadakı səfirlərimiz kimlər olub?
Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycan Respublikasının müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. 28 fevral 1992-ci ildə isə iki ölkə arasında diplomatik münasibətlər qurulub.
Azərbaycanın ABŞ-da səfirliyi 6 mart 1992-ci ildən, ABŞ-ın Azərbaycanda səfirliyi isə 16 mart 1992-ci ildən fəaliyyət göstərir.
Azərbaycanı indiyə kimi ABŞ-da 4 səfir təmsil edib.
Bakıdan Vaşinqtona təyinat alan ilk səfir Hafiz Paşayev olub. Hafiz Paşayevin səfir təyin olunduğu dövr regionda və beynəlxalq səhnədə çətin və həssas dövr idi. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra müxtəlif siyasi və iqtisadi çətinliklərlə üzləşmişdi. Bir tərəfdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gərginliyi, torpaqlarımızın işğalı, 1 milyon qaçqın-köçkün problemi, digər tərəfdən regionda geopolitik maraqların güclənməsi rəsmi Bakını çətin vəziyyətdə qoymuşdu. Üstəlik ABŞ-ın Azərbayacana birbaşa  yardımlarını qadağan edən 907-ci düzəliş də yenicə (1992-ci ilin oktyabr ayında) qəbul edilmişdi. Ümumiyyətlə, Amerikada Azərbaycanı sadəcə keçmiş SSRİ-dən ayrılan kiçik bir respublika kimi tanıyırdılar.

Hafiz Paşayev 1993-cü ilin əvvəllərində o vaxtkı prezident Əbülfəz Elçibəy tərəfindən səfir təyin olundu. O, 1993-cü ilin aprel ayında etimadnaməsini ABŞ prezidenti Bill Klintona təqdim etdi.
Bu təyinatadək H.Paşayev (1971–1992-ci illərdə) Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda  müxtəlif vəzifələrdə çalışmışdı.
Hafiz Paşayevin səfir təyin olunduğu çətin dövr həm diplomatik mübarizənin, həm də Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsinin vacib olduğu bir vaxt idi. Onun vəzifədəki fəaliyyəti bu çətinliklərə uyğun olaraq, Azərbaycanın diplomatik uğurlarına böyük töhfə verib.
Onun səfir işlədiyi dövrdə, 1994-cü ilin sentyabrında Azərbaycan Qərb dövlətlərini təmsil edən neft şirkətlərilə 8 milyard dollar dəyərində olan “Əsrin müqaviləsi”ni imzaladı. 2002-ci ildə ABŞ prezidenti Corc Buş 907-ci düzəlişin təsir qüvvəsini dayandıran sənəd imzaladı ki. bu da Azərbaycana birbaşa yardıma imkan yaratdı.
Hafiz Paşayev 2006-cı ilin ortalarına kimi səfir vəzifəsində işləyib.
2006-cı ilin oktyabrında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Yaşar Teymur oğlu Əliyev Azərbaycanın Azərbaycan Respublikasının ABŞ-da fövqəladə və səlahiyyətli səfiri təyin edildi. Həmin sərəncamadək Y.Əliyev Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi və Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışmışdı.
Yaşar Əliyev 2006-cı ilin oktyabrındandan 2011-ci ilin oktyabr ayına qədər ABŞ-da səfir işləyib.
2011-ci ildə rəsmi Bakı Vaşinqtona yeni səfir təyin etdi. Bu Elin Süleymanov idi. Elin Süleymanov Azərbaycanın Xarici İşlər Nazirliyində diplomatik fəaliyyətə qəbul edildikdən sonra Azərbaycanın ABŞ səfirliyində mətbuatla əlaqələr attaşesi təyin edilib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.
14 noyabr 2005-ci ildə ona fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Los-Ancelesdə yeni açılan Baş Konsulluğuna ilk baş konsul təyin edilib.
Elin Süleymanov 26 oktyabr 2011 tarixində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
O, 26 iyul 2021-ci ildə Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsindən geri çağırılaraq, Böyük Britaniyadakı diplomatik missiyamızın rəhbəri vəzifəsinə təyin edilib.
Azərbaycanı hazırda ABŞ-da təmsil edən səfir Xəzər İbrahimdir. O səfir vəzifəsinə 26 iyul 2021-ci il tarixində təyinat alıb. Xəzər İbrahim 2007-2009-cu illərdə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, daha öncə isə mətbuat xidmətinin rəhbərinin müavini vəzifəsini tutub. 
2009-2011-ci illərdə Azərbaycanın ABŞ-dakı Səfirliyində nümayəndəliyin rəhbərinin müavini olub.
2011-2017-ci illərdə Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyinin rəhbəri, 2017-2021-ci illərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri işləyib.
A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:281
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1006

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see493

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see396

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see316

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see303

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see301

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see280

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see273

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see222

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see216

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see213

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see211

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see211

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see207

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see204

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see198

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see197

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see197

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri