Azərbaycanın 3 sürətli oyunçusu var
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Portuqaliyanın U-21 yığmasının baş məşqçisi Luis Freyre AÇ-2027-nin seçmə mərhələsinin D qrupunun açılış mərhələsində Azərbaycana qarşı Barseluşda keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Gənc mütəxəssis qələbə haqda düşündüklərini söyləyib:
"Azərbaycan adətən 5-4-1 sxemi ilə oynayır. Onların üç mərkəz müdafiəçisi və hücumda üç sürətli oyunçusu var. Bu komanda həmişə pressinqə can atmır. Onlar müdafiədə möhkəm oynamağı bilirlər. Biz daha intensiv oynamalı olacağıq. Topu tez hərəkət etdirməli və səbirli olmalıyıq, hücumlar üçün zona tapmalıyıq. Topu tez geri götürüb, oyunun tempini artırmalıyıq. Biz buna qadirik. Biz yalnız qələbə haqda düşünürük və gələcəyin komandasını qurmağı fikirləşirik".
Portuqaliya - Azərbaycan görüşü bu gün keçiriləcək və oyuna Bakı vaxtı ilə 22.30-da start veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 05 Sentyabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















