Azərbaycanın 4 gimnastı batut gimnastikası üzrə yarışın finalına vəsiqə qazanıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Şəki, 1 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində keçirilən batut gimnastikası üzrə yarışın təsnifat mərhələsinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fərdi proqramda təsnifat mərhələsində ölkəmizi qadınlar arasında Selcan Mahsudova, Şəfiqə Hümbətova və Vəfa Əlisultanova, kişilər arasında isə Mehdi Əliyev, Nicat Mirzəyev, Hüseyn Abbasov və Maqsud Mahsudov təmsil ediblər.
Təsnifat mərhələsinin yekun nəticələrinə əsasən, Azərbaycan yığmasının 4 üzvü finala yüksəlib. Qadınlar arasında Selcan Mahsudova, kişilər arasında isə Nicat Mirzəyev, Hüseyn Abbasov və Maqsud Mahsudov həlledici mərhələyə vəsiqə qazanıblar. Eyni zamanda, qadınlardan ibarət komanda da finala yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 01 Oktyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















