Azərbaycanın amputant millisinin baş məşqçisi: Oyunçularımız verilən tapşırıqlardan da artığını yerinə yetirdilər
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Oyunçularımız verilən tapşırıqlardan da artığını yerinə yetiriblər".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycanın amputant millisinin baş məşqçisi Ramil Həbibov deyib.
O, yığmanın Millətlər Liqasının C qrupunu üçüncü sırada başa vurmasını yüksək qiymətləndirib:
"Bu, bizim ilk yarışımız idi. Elə oyunçular var idi ki, ilk dəfə meydana çıxırdılar. Son matçda kapitanımız Sənan Hacıyevin yoxluğu sözünü dedi. Deyə bilərəm ki, futbolçular verdiyimiz tapşırıqlardan da artığını etdilər. Komandanın heyətini bir qədər də gəncləşdirməyi düşünürük. Yığmanın qapısı hər kəsin üzünə açıqdır".
Qeyd edək ki, Azərbaycan seçməsi Millətlər Liqasında keçirdiyi son oyununda Ukraynaya 1:3 hesabı ilə uduzaraq qrupu üçüncü pillədə başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 19 Oktyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















