Azərbaycanın Avropa çempionu: Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şükür ki, əziyyətim yerdə qalmadı.
"Report" xəbər verir ki, bunu İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanmış Azərbaycanın sərbəst güləşçisi Vasif Bağırov (57 kq) deyib.
O bildirib ki, çəkdiyi zəhmət finalda nəticəsiz qalmayıb: "Buna görə məşqçilərimə təşəkkür edirəm. İnşallah, qarşıdan gələn dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam".
Xatırladaq ki, V.Bağırov finalda gürcüstanlı Nika Zanqaladzeylə gərgin mübarizə şəraitində keçən görüşdə əzmkar qələbə qazanıb. İlk hissəni 5:6 hesabı ilə geridə başa vuran Gəncə güləş məktəbinin yetirməsi fasilədən sonra üstünlüyünü təmin edib – 9:6. Beləliklə, ötən il U-20 Avropa çempionatında gümüş medal qazanan V.Bağırov bu dəfə çempion olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 07 İyul 2025 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















