Icma.az
close
up
RU
Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti təkcə enerji resursları ilə məhdudlaşmır

Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti təkcə enerji resursları ilə məhdudlaşmır

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Qlobal siyasətin son günlərdə ən maraqlı məqamlarından biri də İtaliya Baş naziri Giorgia Meloninin Avropa Siyasi Birliyinin İrəvan sammitinin bitməsini gözləmədən Bakıya uçması oldu. Bir gün sonra isə Meloninin ardınca Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın da İrəvandan Bakıya gəlməsinə şahidlik etdik. Bu da bir daha onu göstərir ki, Avropa siyasi səhnəsinin bu iki ən nüfuzlu xanım təmsilçiləri regionun nəbzinin İrəvanda yox, Bakıda döyündüyünü və Azərbaycanın Cənubi Qafqazın lideri olduğunu kifayət qədər yaxşı dərk edirlər. Meloni və Kallasın səfərlərindən daha öncə isə Litvanın Baş nazirinin, Latviya, Çexiya və Ukrayna prezidentlərinin ölkəmizə ard-arda səfər etmələrini də bu konstruksiyaya əlavə etsək, Azərbaycanın fəal geosiyasi diqqət mərkəzində olduğunu tam aydın görə bilərik.
Öncəki şərhlərimizdə Litva, Latviya, Çexiya, Ukrayna və İtaliya dövlət və hökumət başçılarının ölkəmizə səfərlərinin hədəf və nəticələri barədə bütün təfsilatı ilə bəhs etdiyimizə görə bu gün Kaya Kallasın Azərbaycana səfərinin məqsədini diqqət mərkəzində saxlamaq, zənnimizcə, daha əhəmiyyətlidir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə əsas fiquru (Ali Nümayəndəsi) sayılan Kaya Kallas nədən İrəvandan sonra Bakıya gəlməyə ehtiyac duydu? Onun gəlişinin əsas məqsədi nəydi? Göründüyü kimi bu səfər həm regional, həm də qlobal geosiyasi proseslərin daha da intensivləşdiyi, ziddiyətlərin və qarşıdurmaların dərinləşdiyi, geoiqtisadi rəqabətin, resurslara çıxış uğrunda mübarizənin qızışdığı bir dövrə təsadüf edir. Və bütün bu qlobal proseslərin fonunda Azərbaycanın Avropa üçün rolu və önəmi daha da artır. Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşən və ətraflı fikir mübadiləsi aparan Kaya Kallas bir daha bəyan etdi ki, Avropa İttifaqı (Aİ), Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi ortaq strateji maraqlarımıza uyğundur və biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq.
Göründüyü kimi Azərbaycan Aİ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələr "xəritə"sinin tam mərkəzində dayanır. Azərbaycanla etibarlı münasibətlər qurulmadan və möhkəm strateji əməkdaşlıq olmadan Avropa İttifaqının Cənubi Qafqaz və Mərkəzi Asiyaya çıxış planları xəyal olaraq qalacaq. Bu həqiqəti Brüsseldə (Avropa İttifaqının siyasi mərkəzində) də yaxşı dərk edirlər. Odur ki, Kaya Kallasın Bakıya səfərinin Avropanın enerji təhlükəsizliyi, Cənubi Qafqazda sülh gündəliyi və Orta Dəhliz üzərində formalaşan yeni geosiyasi reallıqlar fonunda baş tutmasında təəccüblü heçnə yoxdur. Bu saat Avropa İttifaqı üçün bir nömrəli məsələ məhz enerji təhlükəsizliyin təmin olunması və geniş iqtisadi əməkdaşlığın qurulması, təbii resurslara çıxış imkanlarının əldə edilməsidir.
Hazırda Azərbaycan Avropanın enerji xəritəsində kifayət qədər sabit və etibarlı tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyev də Kaya Kallasla görüşdə ölkəmizlə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunaraq Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəmizin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğuladı. Bu xüsusda həmçinin onu da qeyd etməliyik ki, bu yaxınlarda Azərbaycan qazı artıq Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya da çatıb. Bu isə heç şübhəsiz ki, Avropa İttifaqının Rusiyadan enerji asılılığını azaltmaq strategiyasına uyğun gəlir. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mərkəzi oyunçuya çevrilir. Eyni zamanda, Orta Dəhliz və TRIPP layihəsi ölkəmizi qlobal ticarət-logistika marşrutlarının əsas həlqəsi halına gətirəcək. Bütün bu amillərə əsaslanaraq onu deyə bilərik ki, bu gün Avropa strateqləri Azərbaycanın əhəmiyyətini və rolunu düzgün qiymətləndirirlər.
Lakin Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti təkcə enerji resursları ilə məhdudlaşmır. Avropa İttifaqının rəhbərliyi Aizərbaycanın həm də regionda sabitlik və iqtisadi inteqrasiyanın təminatçısı rolunun getdikcə daha da gücləndiyini görür. İlham Əliyev–Kaya Kallas görüşünün nəticələri isə onu göstərir ki, strateji tərəfdaşlığın daha strukturlaşdırılmış formaya keçirilməsi barədə razılıq əldə olunub. Ümumən, Kaya Kallasın səfəri Azərbaycan–Aİ münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini və qarşılıqlı etimadın daha da möhkəmləndiyini təsdiqləyir. Bu səfər təkcə ikitərəfli münasibətlərin güclənməsinin deyil, həm də regionun geosiyasi və iqtisadi arxitekturasında Azərbaycanın artan rolunun birmənalı qəbul edilməsi kimi qiymətləndirilir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 06 May 2026 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri