Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanın Avropadakı yaxın dostu və strateji tərəfdaşı

Azərbaycanın Avropadakı yaxın dostu və strateji tərəfdaşı

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 Macarıstan Azərbaycanla sıradan münasibətləri olan dövlət deyil. Avropa İttifaqının üzvü olan Macarıstan respublikamızın ən yaxın dostları və strateji tərəfdaşları sırasına daxil olan dövlətlərdən biridir. Cənab Prezident İlham Əliyevin may ayının 20-21-də Budapeştə işgüzar səfəri bu həqiqətin növbəti bariz təsdiqi oldu.
Sözsüz ki, Azərbaycan-Macarıstan münasibətlərinin təməlində onların dostluğu və xalqlarının bağlı olduğu tarixi köklər dayanır. İki ölkə arasında digər oxşar cəhətlər, o cümlədən yaxın keçmişdə sosializm düşərgəsinə mənsub olmaları, iqtisadi keçid dövrünü uğurla başa vurmaları baxımından da paralellər aparmaq olar. Amma ən əsası odur ki, Azərbaycan və macar xalqlarını ortaq dəyərlər bir birinə bağlayır və bu, əlaqələrə təsir edən amil kimi özünü göstərir. Cənab Prezident İlham Əliyev də Budapeştdə mətbuata bəyanatla çıxışında bu məsələyə xüsusilə toxundu.
Məhz bu amildən irəli gələrək respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra Macarıstanla münasibətləri artan xətt üzrə inkişaf edib. 2014-cü ilin noyabrında imzalanan “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə” ilə hər iki dövlət əlaqələrin strateji səviyyəyə yüksəldiyini bəyan ediblər. 2023-cü il ilin yanvarında imzalanan “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” isə strateji tərəfdaşlığı daha da möhkəmləndirib və iki dövlət arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyub.

Əlaqələrin inkişafında digər mühüm faktor hər iki dövlətin daim bir-birinə dayaq olmasıdır. Avropa İttifaqının üzvü olan Macarıstan bu siyasi platformada Azərbaycanın maraq və mənafelərini həmişə müdafiə edib və etməkdədir. Öz növbəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin, xüsusən də son dövrlərdə daha da aktuallaşdığı bir şəraitdə dost Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük dəstək verib və verməkdədir. Azərbaycanı və dövlətimizin başçısını macar xalqına daha da doğma edən amillərdən biri məhz budur. Bu mənada Macarıstanın Baş naziri Viktor Orbanın mətbuata bəyanatla çıxışında «Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub» deməsi olduqcaqürurvericidir. Bu sözlər Prezident İlham Əliyevin dostlara dayaq duran və sözü imzası qədər dəyərli olan siyasi lider olduğunu bir daha təsdiq edir.
Bu gün Azərbaycan Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqının 8 dövlətinə təbii qaz ötürür ki, onlardan da biri Macarıstandır. Amma iki dövlətin enerji sahəsində əməkdaşlığı bununla bitmir. Macarıstan şirkətləri ölkəmizin əsas iki neft və qaz layihəsində Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında fəal iştirak edirlər və bu, iki dövlət arasındakı dostluğun mühüm göstəricisidir. Baş nazir Viktor Orban isə bunu həm də mənəvi məsələ olaraq dəyərləndirir.
Macarıstan Azərbaycanın həm də «yaşıl enerji» sahəsində Avropadakı əsas tərəfdaşlarından biridir. 2022-ci ilin dekabrında “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə iki dövlətin «yaşıl enerji» sektorunda da əməkdaşlığının təməli qoyulub.

Bir vacib məqamı da qeyd etmək yerinə düşər ki, Azərbaycan dövlətlərarası münasibətlərdə və beynəlxalq siyasi-iqtisadi platformalarda özünün aydın və konkret mövqeyi, müstəqil siyasəti ilə tanınır. Azərbaycanı dünyaya tanıdan digər faktorlar əməkdaşlığa sadiq olması, tərəfdaşlarına arxa durmasıdır. Elə buna görə Prezident İlham Əliyevin proseslərə baxışı, verdiyi qərarlar, atdığı addımlar siyasi liderlər tərəfindən də maraqla izlənilir və yüksək qiymətləndirilir. Prezident İlham Əliyevə xas olan yüksək siyasi cəhətlər həm də nümunəyə çevrilib. Bunu Macarıstan Baş nazirinin hələ 2023-cü ildə söylədiyi «Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meyilliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm» fikri də təsdiq edir.
Macarıstan da ziddiyətlərlə dolu dünya nizamında Azərbaycan kimi müstəqil siyasət yürütməyin nümunəsini yaradan dövlətlərdəndir. Məlum olduğu kimi Avropa İttifaqına üzvlük beynəlxalq siyasi və iqtisadi proseslərdə milli maraqlardan və mənafelərdən müəyyən dərəcədə imtinanı və vahid yanaşmanı tələb edir. Lakin reallıq ondan ibarətdir ki, Avropa İttifaqının vahid siyasi konsepsiyasının mərkəzində əsasən Fransa və Almaniya kimi dövlətlərin maraqları dayanır. Bu mənada Macarıstanın timsalında Avropa İttifaqının sərt tələbləri fonunda fərqli və müstəqil siyasət həyata keçirən bir dövləti görmək mümkündür. Rəsmi Budapeşt öz qətiyyətli siyasəti ilə heç bir halda öz maraqlarının Avropa İttifaqının iri dövlətlərinin monopoliyası altına düşməsinə imkan vermir.
Macarıstanın bu qətiyyətli siyasəti beynəlxalq səviyyədə maraqla qarşılanır və təqdir olunur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq böyük qəhrəmanlıq və siyasi iradə tələb edir: «Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var». 
Yuxarıda qeyd olunan sitatlardan görünən həm də odur ki, Prezident İlham Əliyev və Baş nazir Viktor Orban bir-birilərinə  dostum deyə müraciət edirlər. Bunun özü də Azərbaycan-Macarıstan əlaqələrinin bugünkü yüksək siyasi mənzərəsini müəyyən edən mühüm faktordur. İndiyədək Prezident İlham Əliyevin Macarıstana 6, Baş nazir Viktor Orbanın isə Azərbaycana 7 dəfə səfər etməsi bu dostluğun mühüm göstəricisi sayıla bilər. Bu səfərlərin hər bir təbii ki, əlaqələrin inkişafına təkan verib. Prezident İlham Əliyevin Macarıstana mayın 20-21-də etdiyi işgüzar səfərin də iki dövlət arasındakı əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcəyi şübhəsizdir.

Macarıstanla Azərbaycanı bir-birinə yaxın edən, onların dostluğunu daha da möhkəmləndirən amillərdən biri də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqdır.  Mayın 21-də məhz Macarıstanın təşəbbüsü ilə Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi isə macar xalqını öz tarixi köklərinə bağlı olduğunu göstərdi.
Azərbaycan-Macarıstan münasibətləri dostluğa və tarixi dəyərlərə əsaslanan təməllər üzərində formalaşaraq inkişaf edir. Cənab Prezident İlham Əliyevin dost ölkəyə işgüzar səfəri isə bu təməlləri daha möhkəmləndirir və əlaqələrdə yeni səhifə açır.
Xanlar Fətiyev
Milli Məclisin deputatı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://missiya.az
archiveBu xəbər 22 May 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see839

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see465

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see331

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see297

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see283

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see281

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see281

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see264

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see253

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see252

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see252

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see246

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see244

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see241

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see239

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see225

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see222

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see221

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see220

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri