Icma.az
close
up
RU
Azərbaycanın Baş naziri Daşkənd Forumunda

Azərbaycanın Baş naziri Daşkənd Forumunda

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İyunun 17-də Özbəkistanın paytaxtında V Daşkənd Beynəlxalq İnvestisiya Forumu açılıb. Azərbaycanın Baş naziri Əli Əsədov Forumun plenar iclasında iştirak edib.

Tədbirdə çıxış edən Ə.Əsədov vurğulayıb ki, Özbəkistanın investisiya cəlbediciliyinin möhkəmlənməsi öz əksini ölkəyə artan beynəlxalq maraqda tapır və Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirakçıların sayının hər il artması bunun parlaq sübutudur.

Baş nazir qeyd edib ki, öz növbəsində, Azərbaycan da bu cür təşəbbüslərə beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsində vacib alət kimi baxır.

Hökumət başçısı bildirib ki, ötən il Birinci Beynəlxalq İnvestisiya Forumu keçirən Azərbaycan investisiya dialoqu üçün öz beynəlxalq platformasını yaradıb.

Onun sözlərinə görə, Forum investorların, biznes nümayəndələrinin və beynəlxalq maliyyə qurumlarının yüksək səviyyədə marağını nümayiş etdirib. Qeyd edilib ki, bu ilin sentyabr ayında keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu həmin uğurun məntiqi davamı olacaq.

Ə.Əsədov Azərbaycanın investisiyaların cəlb edilməsi, özəl sektorun inkişafı və investisiya mühitinin yaxşılaşdırılması sahəsindəki təcrübəsini bölüşüb. Vurğulanıb ki, Azərbaycan ardıcıl olaraq iqtisadiyyatın açıqlığı və sahibkarlıq təşəbbüsünün dəstəklənməsi siyasətini həyata keçirir.

Qeyd edilib ki, son iyirmi ildə Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da təxminən yarısı xarici investisiyaların payına düşür. Ölkədə investorların hüquqlarının etibarlı qorunmasını, investisiya təhlükəsizliyinə zəmanət verilməsini, kapitalın sərbəst hərəkətini və bütün bazar iştirakçıları üçün bərabər şəraitin yaradılmasını təmin edən müasir qanunvericilik bazası formalaşdırılıb.

Azərbaycanın Avrasiyada əsas nəqliyyat yollarının kəsişməsində yerləşən unikal coğrafi mövqeyindən irəli gələn rəqabət üstünlüklərinə xüsusi diqqət yetirilib. Hazırda Azərbaycan müasir nəqliyyat infrastrukturunun, dəniz limanlarının, dəmir yollarının və avtomobil yollarının inkişafına əhəmiyyətli dərəcədə investisiya qoymaqda davam edir, bununla da regional əlaqələrin gücləndirilməsinə və biznes imkanlarının genişləndirilməsinə şərait yaradır.

Baş nazir, həmçinin yaşıl enerji sahəsində əməkdaşlığın yüksək potensialını vurğulayıb. Qeyd edilib ki, Azərbaycan öz qarşısına milli enerji balansında bərpaolunan enerji mənbələrinin payını artırmaq kimi iddialı məqsədlər qoyub. Ölkədə miqyaslı Günəş və külək enerjisi layihələri həyata keçirilir, aparıcı beynəlxalq şirkətlər cəlb edilir və investorlar üçün yeni imkanlar yaradılır.

Ə.Əsədov, həmçinin beynəlxalq investisiya əməkdaşlığının genişləndirilməsinin artan əhəmiyyətini vurğulayıb. Maliyyə resurslarını birləşdirən və strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradan birgə investisiya fondlarının bu sahədə effektiv mexanizm olduğu qeyd edilib. Vurğulanıb ki, Azərbaycan dost dövlətlərlə birgə investisiya platformaları yaratmaq təcrübəsini ardıcıl olaraq inkişaf etdirir.

Xüsusilə, Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birlikdə yaradılmış investisiya fondları bu gün artıq iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinin və perspektivli sektorlara investisiyaların cəlb edilməsinin hərəkətverici vasitəsi kimi xidmət edir.

Baş nazir çıxışının sonunda beynəlxalq investisiya əməkdaşlığının daha da gücləndirilməsinin dayanıqlı inkişaf və milli rifah kimi ortaq məqsədlərə nail olmağa töhfə verəcəyinə əminliyini ifadə edib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri