Icma.az
close
up
RU
Azərbaycanın Beynəlxalq Hüquq və Sülh Yolunda Müstəqil Siyasi Kursu: Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80 ci sessiyasında çıxışı kontekstində təhlil

Azərbaycanın Beynəlxalq Hüquq və Sülh Yolunda Müstəqil Siyasi Kursu: Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80 ci sessiyasında çıxışı kontekstində təhlil

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin çıxışı Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdə tutduğu mövqeni və gələcəyə yönəlik strategiyasını müəyyənləşdirən mühüm siyasi bəyanatlardan biridir. Bu çıxış təkcə Azərbaycanın regionda sülh və sabitliyə töhfəsini deyil, həm də beynəlxalq hüququn selektiv tətbiqinə qarşı çıxışını əks etdirir. Prezident Əliyev çıxışında vurğuladı ki, təxminən 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və hərbi cinayətlər nəticəsində bir milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin salınıb. Bu, beynəlxalq hüququn, xüsusilə Cenevrə Konvensiyalarının və BMT Nizamnaməsinin fundamental prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin (822, 853, 874, 884) icra olunmaması və Ermənistanın cəzasız qalması beynəlxalq sistemin effektivliyini şübhə altına almışdır. 2020-ci ildə Azərbaycan, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməklə, hərbi yolla ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq hüququn tələblərinə əsaslanaraq işğala son qoydu. Prezidentin vurğuladığı kimi, Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüquqa ciddi riayət edərək müharibəni apardı və mülki şəxslərin mühafizəsini təmin etdi. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyası və Azərbaycanın qələbəsi ilə nəticələndi. Azərbaycan, müharibədən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etdi. Prezident Əliyev çıxışında bildirdi ki, 2025-ci ilin avqust ayında Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini paraflamış və bu proses birgə bəyanatla nəticələnmişdir. Bu hadisə regionda münaqişədən sülhə keçid modelinin uğurlu nümunəsi kimi qiymətləndirilə bilər. Eyni zamanda, ATƏT-in Minsk qrupunun və onun strukturlarının bağlanması ilə post-münaqişə dövrünün yeni reallıqları beynəlxalq səviyyədə tanındı. Prezident Əliyevin çıxışında xüsusi yer tutan “Tramp Marşrutu” (TRIPP) təşəbbüsü regional kommunikasiyaların bərpası və inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərindəki strateji rolu, onun nəqliyyat və tranzit mərkəzinə çevrildiyini təsdiqləyir. Rəqəmsal sahədə də Azərbaycan “Rəqəmsal İpək Yolu” layihəsi vasitəsilə regional mərkəz roluna iddialıdır. Bu, ölkənin iqtisadi dayanıqlığını və texnoloji potensialını artırır. Azərbaycanın COP29-a ev sahibliyi etməsi və “Bakı Maliyyə Hədəfi” təşəbbüsü ilə çıxış etməsi, ölkənin qlobal iqlim gündəmində fəal rol oynadığını göstərir. Bu təşəbbüs, inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər illik 300 milyard ABŞ dolları həcmində iqlim maliyyəsi təmin olunmasını nəzərdə tutur. Azərbaycan ənənəvi enerji resurslarının ixracında lider mövqe tutmaqla yanaşı, bərpaolunan enerji sahəsində də sürətli inkişaf göstərir. Hazırda ölkə 14 ölkəyə təbii qaz ixrac edir və boru kəmərləri ilə qaz nəqlində dünyada birinci yerdədir. Eyni zamanda, Günəş, külək və hidroenerji sahəsində aparılan layihələr 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin yaşıl mənbələr hesabına həyata keçirilməsini nəzərdə tutur. Azərbaycanın “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox şəxs azad edilmiş ərazilərə qayıdıb. Eyni zamanda, yoxsulluğun və işsizliyin tarixi minimum həddə - 5%-ə endirilməsi, xarici borcun ÜDM-in yalnız 6,5%-i qədər olması və valyuta ehtiyatlarının borcdan 16 dəfə çox olması iqtisadi sabitliyi və dayanıqlılığı sübut edir. COVID-19 pandemiyası dövründə 80-dən çox ölkəyə humanitar yardımın göstərilməsi Azərbaycanın qlobal məsuliyyət daşıyan dövlət imicini gücləndirmişdir. Prezident Əliyev Xəzər dənizinin suyunun azalmasının iqlim dəyişikliklərindən daha çox antropogen faktorlarla əlaqəli olduğunu vurğulayaraq, bu məsələdə Xəzəryanı dövlətlər arasında təcili əməkdaşlıq çağırışı etdi. Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı dövlətçilik, beynəlxalq hüquq, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və sülh diplomatiyası kimi sahələrdə Azərbaycanın vizionunu əks etdirir. Bu çıxış Azərbaycan diplomatiyasının selektiv ədalətə qarşı, universal hüququn üstünlüyünü müdafiə edən bir xətt üzrə hərəkət etdiyini nümayiş etdirir. Azərbaycanın post-münaqişə dövründə sülh və bərpa yönümlü təşəbbüsləri, beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir və bu model gələcək münaqişələrin həlli üçün nümunə ola bilər.

Nərgiz Hüseynova

YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri

Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see214

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see190

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see173

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see158

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see151

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see142

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see134

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri