Azərbaycanın bitki örtüyündə “səhra” və “psevdomakki” tipləri elmi cəhətdən sübut edilib tədqiqat
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 12 may, AZƏRTAC
Azərbaycanın flora biomüxtəlifliyinin və bitki örtüyünün tədqiqi sahəsində mühüm elmi nəticələr əldə olunub.
Bu barədə AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Botanika və bitki fiziologiyası kafedrasının müdiri professor Elşad Qurbanov söyləyib. Onun sözlərinə görə, uzun müddət Azərbaycanda “səhra” tipli bitki örtüyünün mövcudluğu elmi ədəbiyyatda qəbul edilmirdi. Lakin aparılan tədqiqatlar nəticəsində ilk dəfə olaraq morfoloji və ekoloji xüsusiyyətlərinə, eləcə də dominant və subdominant növlərinə görə digər bitki tiplərindən fərqlənən “səhra” və “psevdomakki” tiplərinin Azərbaycan Respublikası ərazisində yayıldığı elmi cəhətdən sübuta yetirilib və onlar ölkənin bitki örtüyü xəritəsinə daxil edilib.
Bununla yanaşı, Azərbaycan florası üçün onlarla bitki növünün yeni yayılma arealları və göstəriciləri müəyyən olunub, neft və neft məhsulları ilə çirklənmiş torpaqların biorekultivasiyası ilə bağlı bir sıra elmi-praktik tədbirlər planı hazırlanıb.
Elşad Qurbanov bildirib ki, bu nəticələrin əldə olunmasının əsas səbəbi ölkə ərazisini demək olar tam əhatə edən uzunmüddətli çöl tədqiqatlarıdır. Onun sözlərinə görə, Azərbaycanın müxtəlif bölgələrində aparılan birbaşa müşahidələr yeni növlərin və yayılma areallarının operativ şəkildə müəyyənləşdirilərək elmi ədəbiyyata daxil edilməsinə imkan yaradıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 12 May 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















