Icma.az
close
up
RU
Azərbaycanın bu rayonlarında zəlzələ olacaq: hava kəskin dəyişəcək Nə baş verir?

Azərbaycanın bu rayonlarında zəlzələ olacaq: hava kəskin dəyişəcək Nə baş verir?

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlər bölgədə qəribə təbiət hadisələri müşahidə edilir. Belə ki, RusiyaTürkiyəyə aprel ayında qar yağır, eyni günlərdə Gürcüstan, İran və yenə Rusiyada ardıcıl zəlzələlər olur. Bu gündən etibarən Azərbaycanda da havanın kəskin dəyişəcəyi bildirilir. Paralel olaraq, zəlzələlərin baş verəcəyi istisna edilmir.

Regionumuzda nə baş verir? Belə təbiət hadisələri necə izah edilməlidir?

Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bölgədə son günlər müşahidə edilən təbiət hadisələri təkcə lokal deyil, daha geniş coğrafi və iqlim proseslərinin nəticəsidir:

“Bu hadisələrin Azərbaycana da təsir etməsi gözləniləndir. Bunu həm geofiziki, həm də iqlim baxımından izah etmək olar. Ölkəmiz də daxil olmaqla, Cənubi Qafqaz regionu seysmik aktiv zonada yerləşir. Gürcüstan, İran və Rusiyada qeydə alınan ardıcıl zəlzələlər bu bölgədəki tektonik gərginliyin artdığını göstərir. Ərəbistan və Avrasiya plitələrinin toqquşma zonasında yerləşən ölkəmizdə də zəif və ya orta güclü zəlzələlərin baş verməsi mümkündür, xüsusilə Zaqatala, Şamaxı, Gəncə və Talış dağlıq zonalarında”.

Cəmşid Bəxtiyar

Ekoloq bildirib ki, Türkiyə və Rusiyada apreldə qar yağması, qeyri-mövsümi yağıntılar və güclü küləklər atmosfer dövriyyəsində yaranmış pozuntularla əlaqəlidir:

“Bu da, öz növbəsində, qlobal istiləşmənin və iqlim dəyişikliyinin fəsadlarından biridir. Havanın stabil olmaması, temperaturun kəskin dəyişməsi və soyuq hava kütlələrinin gözlənilməz hərəkəti Azərbaycanda da qeyri-sabit hava şəraiti yarada bilər. Yəni güclü küləklər, lokal dolu, leysan və hətta şaxta ehtimalı az deyil. Hazırda dünyada müşahidə olunan iqlim anomaliyasının əsas səbəblərindən biri də 2024–2025-ci illərin “El Ninyo” ili olmasıdır. Bu hadisə Sakit okean səth sularının anormal istiləşməsi ilə müşayiət olunur və qlobal atmosfer dövranına ciddi təsir edir. Məhz buna görə də bu il bir çox bölgədə, o cümlədən bizim regionda hava şəraiti normadan kəskin şəkildə fərqlənir”.

C.Bəxtiyar qeyd edib ki, Azərbaycanda zəlzələ riski var:

“Tektonik stressin bölgə üzrə yayılması fonunda zəif və ya orta güclü təkanlar mümkündür. Hava şəraitində kəskin dəyişmələr baş verə bilər, yəni sürətli istiləşmə və soyuma, qeyri-mövsümi yağıntılar və küləklər gözləniləndir. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə yağıntıların artdığı günlərdə torpaq sürüşməsi və sel riski də aktualdır”.

Günay Rəsulqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri