Icma.az
close
up
RU
Azərbaycanın COP zəfəri

Azərbaycanın COP zəfəri

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

II MƏQALƏ

Qısqanclıq və təxribatlar

I məqalədə COP29-a olan daxildən baxışda vətəndaşın öz müstəqil dövləti ilə qürur duyması üçün ciddi əsasları olduğuna işarə vermişdik. Azərbaycan Respublikası bu tədbirlə bir daha göstərdi ki, güclü, müstəqil və strateji hədəfləri dəqiq müəyyənləşmiş dövlətdir! Bakıda müzakirə olunan problemlərin miqyası, məzmunu və strateji hədəfləri cəmiyyəti yeni səviyyə və miqyaslarda fəaliyyətə sövq etməkdədir.

Dövlət və cəmiyyət olaraq bəşəri səviyyədə mühüm tədbirləri təşkil edib, uğurla həyata keçirə biləcəyimizə bir daha əmin olduq. Bu, II Qarabağ müharibəsindən sonra başlayan postmüharibə dövrünün ən böyük uğurudur. COP29-a xaricdən olan baxışın fonunda bu tezisin əsaslı olduğunu görə bilərik.

Öncə COP29-un Bakıda təşkil edilməsinə çaşqınlıqla yanaşan böyük dövlətlər oldu. Onlar Vətən müharibəsində təcavüzkarı darmadağın edən bir dövlətin COP kimi böyük bir tədbiri keçirməsini həzm etmək istəmədilər. Zənnimizcə, bunu iki səbəbdən etdilər:

Birincisi, Azərbaycan II Qarabağ müharibəsində və 2023-cü il antiterror tədbirlərində yalnız Ermənistanı deyil, ona havadarlıq edənləri də diplomatiya sahəsində məğlub etdi. Bütün diplomatik, siyasi və informasiya təzyiqlərinə baxmayaraq, Azərbaycan Respublikası siyasətdə, diplomatiyada, informasiyada və hərb meydanında ona qarşı duranlara qalib gəldi. Şübhə etmirik ki, bütün bunlar bir şok yaratdı – heç gözləmədikləri halda Cənubi Qafqazın bir müstəqil dövləti regional geosiyasi dinamikanı dəyişdi.

İkincisi, Ermənistanın havadarları Azərbaycanın bundan sonra Cənubi Qafqazda aparıcı olacağını anladılar, daxilən bu həqiqəti qəbul etdilər və eyni zamanda, onun olmaması üçün aktiv fəaliyyətə keçdilər. Proseslər göstərdi ki, çox müxtəlif dolayı üsullarla Azərbaycanı dayandırmağa çalışdılar. Bu, postmüharibə mərhələsində regional nüfuz uğrunda güclü mübarizəyə atılmaq demək idi.

Rəsmi Bakı onlara necə cavab verdi? Azərbaycan Prezidenti məharətlə sırf diplomatik, dinc, siyasi və əməkdaşlığa istiqamətlənmiş kursunu davam etdirdi. Hər nə qədər təxribatçı hərəkətlər etsələr də, İlham Əliyev təmkinini, sülh və barışa can atmasını, Ermənistanla sülh müqaviləsini imzalamaq niyyətini arxa plana atmadı. ABŞ, Aİ və ayrılıqda Avropanın bir sıra böyük dövləti Bakını müstəqil siyasət yeritmək kursundan yayındıra bilmədilər. Və bütün bu proseslərin fonunda Azərbaycan COP məsələsini də aktuallaşdırdı.

Həmin andan başlayaraq, COP-un Azərbaycanın beynəlxalq nüfuzuna nə dərəcədə müsbət təsir edəcəyini rəqiblərimiz aydın dərk etdilər. Çünki onlar bunu bacarırlar (etiraf edək). Bununla da COP29-un keçirilməsinə xaricdən baxış şərti olaraq iki düşərgəyə bölünmüş oldu. Bir qrup dövlətlər Azərbaycanın COP kimi tədbirlərə ev sahibliyi etməsinə layiq olduğunu ifadə etdilər. Digər qrup isə Ermənistan məsələsi üzərindən spekulyasiyalar edərək böhtançı, şərçi mövqe tutdu. Burada maraqlı olanı rəsmi İrəvanın münasibəti olacaqdı. İndi tədbirdən sonra bu məsələ də aydınlaşdı.

Azərbaycanın rəsmi dəvətinə baxmayaraq, Ermənistandan rəsmi nümayəndələr COP29-da iştirak etmədilər. Xaricdən baxış kontekstində, bu, nəyi ifadə edir?

Birincisi, rəsmi İrəvan müharibədən əvvəl və müharibə zamanı necə qeyri-səmimi və qərəzli idisə, tarixi gerçəklikləri necə təhrif edib, eqoist maraqlarının əsiri vəziyyətində olubsa, postmüharibə dövründə də mahiyyətcə elə həmin mövqedə qalmaqdadır. Politoloji baxımdan, bu, maraqlı faktdır. Çünki müharibədə böyük məğlubiyyətə uğrayan zəif bir ölkə hansı hallarda mənasız və faydasız inadkarlıq göstərə bilər? Bu suala siyasi-nəzəri cavab axtarmaq zəruridir.

Bizcə¸ burada iki faktor həlledici rol oynayır. Birincisi, ondan ibarətdir ki, Ermənistana müxtəlif istiqamətlərdən dəstəklər davam edir. Əsrlərlə olduğu kimi, erməni siyasi şüurunu qonşulara nifrət kökü üstündə zəhərləməkdədirlər. Onun son nümunələri kimi İranda türk-erməni qarşıdurmasını alovlandırmağa müəyən dairələrin çalışmasını, N.Paşinyanın “Qərbi Ermənistan” uydurmasını göstərə bilərik. Məsələ ondan ibarətdir ki, tarixən Cənubi Qafqazda nəinki “Qərbi Ermənistan”, ümumiyyətlə, “Ermənistan” deyilən ölkə və ya ərazi olmamışdır.

Bütün bunlar türklərə təzyiq etmək və onların dövlətçiliklərini zəiflətmək üçün uydurulmuş qondarma ideoloji elementlərdir. Belə alınır ki, böyük mənada Ermənistan hələ də başqalarının maşası rolunda qalmaqdadır. Erməni siyasi və idarəetmə şüuru özünün maşa olduğunu, təəssüf ki, anlamamışdır.

İkinci faktor ondan ibarətdir ki, bir sıra böyük dövlətləri erməni dövlətçiliyi qətiyyən maraqlandırmır. Buraya Qərbin, Asiyanın və Uzaq Şərqin bir sıra ölkələri daxildir. Onlar Ermənistanı silahlandırmaq və regionu barıt çəlləyinə çevirmək xəttini seçdilər. İndi tez-tez Ermənistana yeni silahların verildiyi haqqında informasiyalar alınır. Həmin silahları Qərblə yanaşı, Hindistan da ermənilərə verir. Diqqət edilsə, görünər ki, başlıca olaraq regiondan uzaq dövlətlər canfəşanlıq edirlər. Bu da bir göstəricidir. Onun əsas mənası ondan ibarətdir ki, Ermənistanın havadarları da destruktiv geosiyasi yol tutmaqla ilk növbədə özlərinə zərər verirlər. Bunu anlayıb qəbul etməmək gələcək qlobal fəlakətlərin ilk işarəsi ola bilər.

Hər bir halda belə anlaşılır ki, COP29 ərəfəsi Azərbaycan faktoru dünyanın güclü dövlətlərini çox maraqlandırmışdır. Onlar istəməsələr də, Azərbaycanın regional miqyası aşaraq, dünyada təsirli aktora çevrildiyini məntiqlə dərk etmişlər. Bu, Azərbaycan Respublikasının dövlətçiliyi baxımından çox mühüm faktordur! Onun prizmasında, ümumiyyətlə, COP29-a xaricdən baxışın bir sıra məqamlarını təhlil etmək olar.

Xaricdən baxış

Yuxarıda vurğulanan qısqanclıq və təxriabtlar iki xüsusiyyətin mövcud olduğunu nümayiş etdirir. Bir xüsusiyyət ondan ibarətdir ki, Qərbdə və Asiyanın bəzi dövlətlərində Azərbaycanın uğurlarına qarşı ədalətli mövqe tutmağa cəsarətləri çatmır. Xüsusilə Qərbin böyük dövlətləri bir sıra hallarda məntiqsiz qaydada Bakıya qarşı əsassız ittihamlar irəli sürürlər və bu prosesdə nə qədər irəli gedirlərsə, bir o qədər daha çətin vəziyyətə düşürlər. Nümunə kimi, Fransanın Afrikada nüfuzunun çox aşağı düşməsini və faktiki olaraq Cənubi Qafqaza təsir gücünü itirməsini göstərə bilərik. Rəsmi Paris nə qədər təntənəli görünməyə çalışsa da, real geosiyasi proseslərdə Fransa yoxdur. Rusiya var, Türkiyə var, qismən ABŞ var, lakin Fransa “siyasi radarlardan itmişdir”. Onu Ermənistan belə az hallarda xatırlayır və ya istinad edir. Gürcüstan üçün Fransa artıq müsbət tonda mövcud deyildir.

İkinci xüsusiyyət həmin dairələrin Ermənistanı silahlandırmaqdan başqa yol seçə bilməmələri ilə əlaqəlidir. Bu da prinsipial geosiyasi mənası olan haldır. Çünki belə çıxır ki, hətta bir sıra böyük dövlətlər belə Azərbaycanın haqlı olduğunu ciddiyyətlə qəbul edirlər. Onlar buna qarşı siyasi, diplomatik, dinc üsullarla durmağın faydasızlığını dərk edirlər. Başa düşürlər ki, Azərbaycan kifayət qədər gücə malikdir. Bakı müstəqil siyasət aparmaqda davam edəcəkdir.

Bütün bunlardan özlərini güclü sayan dairələrin COP29-a gerçəkçi münasibətlərinin ümumi mənzərəsi alınır.

Yeni etiraflar mərhələsi

COP29-dan sonra həmin mərhələnin ayaq səslərini duyuruq. Sadəcə olaraq, başqa yolları qalmır. Azərbaycan həm tədbiri yüksək səviyyədə təşkil etdi, həm də nəticəverici müzakirələrə nail oldu. Məsələnin birinci tərəfi çox önəmlidir. İnformasiya təxribatlarına və təhriklərə baxmayaraq, bütün dünya gördü ki, Azərbaycan BMT miqyasında belə çox ciddi məqsədləri olan tədbirlərə ev sahibliyi edə bilir. Bununla bizimlə dost olmaq istəməyənlərin aylardır Azərbaycana qarşı apardıqları informasiya-təxribatçı təbliğatın reallığı əks etdirmədiyi üzə çıxdı. Bunun əksinə, qonaqlar yüksək sivil dövləti gördülər. Onlar bütün istiqamətlərdə sürətlə inkişaf edən, müstəqilliyini göz bəbəyi kimi qoruyan cəmiyyətin insanlarını gördülər. Onlar gördülər ki, Azərbaycan sakit, sabit inkişaf edən, müasirliyi ilə regionda seçilən güclü dövlətdir. Burada insanların başqalarına nəinki nifrəti yoxdur, hətta yüksək tolerantlıqları və fərqli mədəniyyətlərə təbii maraqlarının olması ilə seçilirlər.

Bununla yanaşı, Azərbaycan COP29 çərçivəsində müzakirə edilən məsələlərdə konkret nəticə əldə edə bildi. Sonda öncədən qarşıya qoyulan məqsədlərə çatıldı. Müzakirə edənlər COP çərçivəsində sonrakı addımları müəyyən etdilər və maliyyədə dəqiq rəqəmləri razılaşdırdılar. Əslində, bədxahlar bunu da gözləmirdilər. Onlar daim vurğulayırdılar ki, Bakıda bir nəticə alınmayacaq. Buna görə də ikinci faktorun geosiyasi əhəmiyyəti bugünlə yanaşı, gələcək kontekstində də vacibdir.

Məsələni onunla əlaqələndiririk ki, COP29 həm də Bakının ciddi razılaşma, əməkdaşlıq və sülh məkanı ola bildiyini sübut etdi. O cümlədən, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Hələ bunu etməyibsə, günahkar özüdür!

Beləliklə, COP29-dan sonra yalnız Azərbaycan üçün geosiyasətdə yeni mərhələ başlanır. İndyə qədər ona qarşı çıxanların öncə etiraf, sonra isə ədalətli yol tutmaq mərhələsi gəlir! Tez və ya gec bunu etməli olacaqlar. Və bu tezis COP29-a xaricdən baxışın əsas mənasını və məzmununu təşkil edir.

Bununla da COP29-a daxildən və xaricdən baxışların kəsişməsində başqa maraqlı və əhəmiyyətli geosiyasi məqamların özünü göstərdiyi nəticəsini də çıxara bilərik.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see344

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see151

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see137

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see135

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see131

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see128

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see127

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see126

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see122

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see120

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see116

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see115

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see115

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri