Icma.az
close
up
RU
Azərbaycanın COP29 uğuru: Bədxahlara tutarlı cavab

Azərbaycanın COP29 uğuru: Bədxahlara tutarlı cavab

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP29) uğurla ev sahibliyi etdi. 

Bununla da bu mötəbər tədbir ərəfəsində ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyası aparan qüvvələrin məkrli planları növbəti dəfə iflasa uğradı. 

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkədəki rəsmi hesablarındakı paylaşımında da bu məsələyə toxunub:

"Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”. 

Dövlət başçımız diqqətə çatdırıb ki, “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaradıb:

“Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik”. 

Beləliklə, Azərbaycan dövləti daha bir beynəlxalq tədbiri uğurla həyata keçirdi. Üstəlik, tərəfsiz ölkələrin dövlət və hökumət başçıları, o cümlədən qərəzsiz beynəlxalq təşkilatlar Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini xüsusi vurğuladı, Azərbaycana təşəkkür məktubları göndərildi. 

Politoloq Tural İsmayılov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərini gücləndirməsi ABŞ və Fransa başqa olmaqla, kollektiv Qərb imperializmini narahat edir: 

"Təəssüf  ki, bu gün ədalətdən, beynəlxalq hüquqdan və insan haqlarından dəm vuran dövlətlərin bir çoxu ölkəmizin yaratdığı yeni reallıqları həmz edə bilmir. Ona görə də Azərbaycan əleyhinə böhtan və qarayaxma kampaniyası aparmaqla məşğuldurlar". 

Ekspert qeyd edib ki, COP29-da bütün dünyanı narahat edən qlobal iqlim məsələləri müzakirə olunub:

"Fransa başda olmaqla, bəzi dövlətlər COP29-a gələrək dünyanı narahat edən bir çox məsələlərdə mövqe ortaya qoya bilərdilər. Lakin hesab edirəm ki, bu mötəbər tədbirə gəlməyən bəzi dairələr onları beynəlxalq iqlim və dünyanı narahat edən qlobal problemlərin maraqlandırmadığını bir daha nümayiş etdirdilər". 

Tural İsmayılovun sözlərinə görə, sözügedən qüvvələr bu səbəbdən də Azərbaycana və həyata keçirdiyi layihələrə qarşı qərəzli addımlar atırlar: 

"Ancaq belə addımlar hər zaman fiaskoya məruz qalır. Ölkəmiz bu gün təkcə ev sahibi deyil, həm də qlobal məsələlərdə təşəbbüskar tərəfdir. Bu isə Azərbaycanın uğurlarını dünyaya nümayiş etdirir. Artıq Azərbaycan tam təhlükəsiz şəraitdə bütün dünyanı narahat edən məsələlərin müzakirə edildiyi əsas platformaya çevrilib. Ölkəmiz əleyhinə aparılan çirkin kampaniyalar nəticə verə bilməz". 

Elmir Mustafa 
"Cebheinfo.az"

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri