Azərbaycanın daha iki veteranı qızıl medal qazandı
Icma.az, Axar.az saytına istinadən bildirir.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan komandasının aktivinə daha 2 qızıl medal əlavə olunub.
Axar.az xəbər verir ki, M5 yaş kateqoriyasında Babək Hacıyev (-60 kq) və Mövlud Mirəliyev (-100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq dünya çempionu adını qazanıblar.
Hər iki cüdoçu karyerasında dördüncü dəfə veteranlar arasında mundialın qızıl medalına sahib çıxıb.
Daha əvvəl Məmmədəli Mehdiyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq), Coşqun Abdullayev (-90 kq), Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi -73 kq) və Anar Ağayev (-90 kq) isə bürünc medala yiyələniblər.
Beləliklə, Azərbaycan komandasının dünya çempionatında qazandığı medalların sayı 9-a çatıb – 3 qızıl və 6 bürünc. Yığmamız hazırda 65 ölkə arasında 6-cı pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Sentyabr 2026 06:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















