Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Azərbaycanın dünyaya töhfəsi: Real COP erası başlayır ŞƏRH

Azərbaycanın dünyaya töhfəsi: Real COP erası başlayır ŞƏRH

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Artıq səkkizinci gündür dünyanın diqqəti Azərbaycana, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yönəlib. 76 min qonaq, onlarla dövlət başçısının qatıldığı tədbir əzəməti, yüksək səviyyədə təşkilatçılığı, qaldırılan məsələlərin aktuallığı ilə indiyə qədər keçirilən COP tədbirlərini geridə qoyub. Müqayisə üçün qeyd edək ki, əvvəlki COP tədbirlərində təxminən 50 min nəfər iştirakçı qeydiyyatdan keçib. Bu da ölkəmizə olan diqqət və marağın göstəricisi sayıla bilər.
Bundan əvvəl Azərbaycanda çoxlu sayda müxtəlif tədbirlər keçirilsə də, belə bir formatda irimiqyaslı və mötəbər tədbir baş tutmayıb. Onminlərlə iştirakçı, çoxsaylı dövlət başçısı, beynəlxalq təşkilat rəhbərlərini qəbul etmək fantastik hazırlıq və gərgin iş tələb edirdi. Ölkəmiz bunun öhdəsindən gəlməyi bacardı. Prosesin sona qədər belə davam edəcəyinə isə şübhə yoxdur.
Nəzəri cəhətdən tədbirin yekunu barədə danışmaq hələ tezdir. Lakin birmənalı şəkildə deyə bilərik ki, COP29 əvvəlkilərini kölgədə qoyub.
Əvvəla, Azərbaycanın COP29-da sədrliyi, aparılan danışıqlar nəticəsini verib. Ölkəmizin iqlim fəaliyyəti gündəliyinin irəli aparılması istiqamətində apardığı səylər nəticəsində COP29-un ilk günündə sessiyanın gündəliyi razılaşdırılıb. Danışıqlar prosesində bugünədək Paris Sazişinin 6.4-cü maddəsi, habelə çoxtərəfli maliyyə institutları tərəfindən illik əsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması üzrə razılıqlar əldə olunub. Halbuki, on ildən çox idi ki, ümumi həll yolu tapmaq mümkün olmurdu. Bakıda COP-un işinin ilk günündə ölkələr vahid mexanizm barədə razılığa gəliblər. Bu da onu göstərir ki, səyləri birləşdirəndə qarşımıza qoyduğumuz məqsədlərə nail olmaq mümkündür.
COP29 çərçivəsində Tərəflər Paris Sazişinin 6-cı maddəsinin 8-ci paraqrafında istinad olunan qeyri-bazar yanaşmaları çərçivəsində iş proqramına dair qərar qəbul ediblər. Qeyd olunan yanaşmalar vasitəsilə Tərəflərə milli iqlim planlarını, o cümlədən mitiqasiya və adaptasiya üzrə planların həyata keçirilməsi və davamlı inkişafın təşviqi imkanı yaradır. COP29 Sədrliyi Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsini əsas prioritetlərindən biri kimi müəyyən edib. 6-cı maddənin tam şəkildə tətbiqi ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsi üçün sərf etdikləri vəsaiti ildə təxminən 250 milyard ABŞ dolları azalda bilər.
Digər mühüm bir nəticə ondan ibarətdir ki, MDB-nin (Multilateral Development Banks) 2030-cu ilə qədər illik öhdəliklərin məbləğinin 120 milyard ABŞ dolları olması ilə bağlı bəyanat qəbul edilib. Bu, əhəmiyyətli irəliləyişdir. Azərbaycanın təşəbbüslərindən biri İqlim Maliyyəsi Fondunun yaradılmasıdır ki, bu da həm ölkələr, həm də şirkətlər və korporasiyalar daxil olmaqla qalıq yanacaq istehsalçılarının vəsaitləri hesabına təmin ediləcək.
Ümumilikdə Bakı konfransından, COP29-dan 60-a yaxın potensial sənədin qəbul edilməsi gözlənilir. Lakin ən vacibi Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə razılaşmadır ki, buna da nail olunacağı gözlənilir.
COP29-un əvvəlkilərdən əsas fərqinə gəldikdə, burada bir çox məqamları qeyd eləmək olar. Məsələn, indiyədək keçirilən COP iclasları, sadəcə “iclas xatirinə iclas” olub. Bakı görüşü isə bu yanaşmaları alt-üst etdi. Bu fonda Prezident İlham Əliyevin çıxışları xüsusi vurğulanmalıdır. Təsadüfi deyil ki, bu çıxışlar dünya mediasının bir nömrəli mövzusuna çevrildi. İlham Əliyev dünyanın iqlim problemlərini açıq şəkildə ifadə etdi, yəni, reallıqdan danışdı.
Dövlət başçısı Liderlər Sammitində bəyan edib ki, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi: "Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”.
Prezident COP29-un Liderlər Sammiti ilə yanaşı, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış da xüsusi vurğulanmalıdır. Məsələn, Prezident hazırkı dövrün çağırışlarını yerinə yetirmək üçün əsas vəzifələrin nədən ibarət olduğunu açıqladı. Təsadüfi deyil ki, dövlətimizin başçısının nitqi yeni informasiyalar, tezislər, arqumentlər və mesajlarla zəngindir, bu baxımdan beynəlxalq mərkəzlərin diqqətini çəkir, geniş diskussiyalara yol açır.
Göründüyü kimi, COP29 vasitəsilə dünyada real COP erası başlayır və bu reallığı Azərbaycan yaradıb. Hazırkı dönəmdə dünya üçün aktuallığı heç vaxt olmadığı qədər artan iqlim çağırışlarına Azərbaycan xüsusi həssaslıq nümayiş etdirir. Ölkəmiz daim qlobal təhdidlər qarşısında beynəlxalq həmrəyliyin gücləndirilməsi təşəbbüslərindən çıxış edir, bu və ya digər məsələlərdə yüksək fəallıq göstərdiyini diqqətə çatdırır.
Məhz Bakıda COP tarixində ilk dəfə olaraq bəyan edildi ki, Azərbaycan beynəlxalq birliyə iqlim çağırışları ilə bağlı müzakirələrin aparılması üçün böyük bir platforma təqdim edib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də qeyd etdiyi kimi, Prezident, ilk növbədə, inklüziv, ədalətli və tam şəffaf şəkildə nəticəyönümlü danışıqlara və COP-un gündəliyində duran, COP29-un mahiyyətini təşkil edən iqlim maliyyələşməsi ilə əlaqədar mövzulara yaxından töhfə verəcəyini COP-un Sədrliyini üzərinə götürdüyü andan etibarən açıq şəkildə bəyan edib: “Prezident də bu prosesdə Azərbaycanın mövqeyini və bütövlükdə iqlim diplomatiyası ilə əlaqədar ölkəmizin baxışını çıxışında açıq şəkildə ifadə etdi”.
Beləliklə, Azərbaycan paytaxtının ev sahibliyi etdiyi COP formatında sammit sayca iyirmi doqquzuncu olsa da, məhz Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı COP-un yeni dövrünü müəyyən etdi. COP29-un nəticəsini bu ifadə təsdiqləyir - şou və piardan real hərəkətlərə keçid. Bu cür sammitlər əvvəllər də keçirilib. Lakin daha çox şou tədbirlərini xatırladıb, desək yanılmarıq - "yaşıl" adı altında çoxsaylı tədbirlər keçirilsə də, aydın siyasi, xüsusilə də maliyyə və iqtisadi qərarlar olmayıb. İqlim mövzusu bir dəqiqəlik piara, vədlər verməyə, bu mövzunun həqiqətən narahat etdiyi insanların səslərini cəlb etməyə və unutmağa çevrilib.
Bu baxımdan, deyə bilərik ki, İlham Əliyevin COP sammitindəki çıxışı müzakirələrin xarakterini dəyişdi. Məhz Bakıda şüarlardan konkret hərəkətlərə keçid qeyd edildi və Azərbaycan Prezidenti, necə deyərlər, yaxşı səslənən terminlərlə deyil, reallıqlardan danışdı.
Sonda onu da qeyd etmək yerinə düşər ki, dünya neft-qaz sənayesindən dərhal əl çəkə bilməyəcək, “yaşıl enerji” də onu tam əvəz etmək gücündə deyil. Dünyanı daha çox çirkləndirən ölkələr yalandan "yaşıllaşdırmadan" danışmaqla problem həll olunmur. Azərbaycan bu çirkləndirmədə payı çox az olsa da, real məsələləri qaldırır.
Bəli, artıq açıq danışmaq zamanıdır və Azərbaycan da COP29-da bunun əsasını qoydu. (Report)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Noyabr 2024 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see587

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see338

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see280

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see269

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see267

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see259

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see252

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see245

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see238

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see233

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see221

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see217

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see215

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see212

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see209

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see206

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see183

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see181

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri