Icma.az
close
up
RU
Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası TƏHLİL

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası TƏHLİL

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sentyabrın 21-də və oktyabrın 6-da qəbul etdiyi qərarlar məktəblilərin və müəllimlərin geyim normalarını tənzimləyir. Bu qərarlar Konstitusiyaya və dövlətin suveren hüquqlarına əsaslanaraq dövlət-din münasibətlərini və dinin təhsildəki sərhədlərini müəyyənləşdirən strateji addım hesab oluna bilər.

Bu qərarların konstitusion normalar əsasında hüquqi tövsifinə şübhə və kölgə salmaq ictimai rəyi manipulyasiyaya məruz qoymaq cəhdidir. İdeoloji təxribatların informasiya məkanında müxtəlif kanallar vasitəsilə yayılması və onların intensivliyi diqqət çəkir. Azərbaycan beynəlxalq arenada dəyişkən geosiyasi şərait fonunda öz strateji maraqlarını möhkəmləndirməyə çalışarkən ideoloji hücumlara məruz qalır.

Məqsədlərin oxunuşu

Azərbaycan Hökumətinin suveren qərarlarına qarşı yönələn müvafiq yanaşmaları şərti olaraq “hicab geyimlərinin təşviqi” kodu ilə təsnif edə bilərik. Bu xətt özünü sistemli informasiya kampaniyasında aydın göstərir. İdeoloji qütbləşmənin yaradılması və onun yüksək sürətlə dərinləşdirilməsi üçün təhsillə dinin qarşı-qarşıya qoyulması aşağıdakı məqsədlərə xidmət edir:

- Cəmiyyəti tərəf seçməyə təhrik etmək üçün psixoloji metodlardan istifadə etmək. Vahid məktəbli formasına etiraz edən bəzi şəxslərin təhsil müəssisələrində törətdikləri fiziki təxribatlar ictimaiyyətdə qorxu yaratmağa yönəlmiş planın bir hissəsi ola bilər;

- Azərbaycanın konstitusion quruluşunu hədəfə almaq, ictimai şüurda xarici dövlətlərin təsir alətinə çevrilmiş şəriət qaydalarına yer açmaq və bunun üçün bütün mümkün vasitələrdən istifadə ediləcəyi mesajını yaymaq;

- İctimai münasibətlərdə formalaşmış multikultural modeli dünyəvilik və dindarlıq cəbhələrinə ayırmaq, fikir axınlarını manipulyasiya etməklə yeni qüvvələr formalaşdırmaq və onları növbəti təxribatlara hazırlamaq.

İrana aparan izlər

Belə məsələlərin arxasından İran maraqlarının görünməsi ilk hal deyil. Bu dəfə də təhlükəli ssenariyə zəmin yaratmaq məqsədilə informasiya hücumları bir neçə gün əvvəl nümayişkaranə şəkildə başladı və oktyabrın 12-də kulminasiya nöqtəsinə çatdı. Azərbaycanda ictimai qarşıdurmanı alovlandırmaq üçün atılan addımlarda İranın teokratik siyasətinin izləri və təsir xətti aydın görünür. İran ideologiya ilə strategiyanın sintezini Azərbaycanın təhlükəsizlik doktrinasına qarşı yönəldir.

İranın informasiya məkanındakı qeyri-rəsmi kanallarla yanaşı, “Mehr”, “İSNA”, SEPAH-ın tezisləri ilə çıxış edən “Tasnim” və “Fars” agentliklərinin, ali rəhbərə yaxın “Keyhan” qəzetinin səhifələrindəki materiallar, eləcə də “Səhər” telekanalının yaydığı dezinformasiyalar ideoloji təbliğatın istiqamətləri barədə təsəvvür yaradır.

İran İslam İnqilabının regional təsirini yeni şəraitə uyğunlaşdırmağa çalışan qüvvələr ideoloji eskalasiya modelini Azərbaycanın təhsil qərarlarına proyeksiya edirlər. İranın hərəkətverici qüvvələrinin fəaliyyətini təkcə bu çərçivələrlə izah etmək olmaz. İranın və ona bağlı ideoloji qrupların motivasiyasının mənbələrindən biri İslam İnqilabı ideyalarını yayan mərkəzlərdir. İranın Cənubi Qafqazla bağlı siyasətindəki ideoloji çərçivələr çoxşaxəli şəbəkələr vasitəsilə həyata keçirilir. Bu şəbəkənin çoxmərtəbəli strukturu diqqət çəkir və yüksək ehtimala görə, onun zirvəsində ali rəhbərin ofisi dayanır.

Teokratik rejimin ideoloji ideyalarını yayan iki əsas istiqamət isə məhz bu mərkəzlə əlaqələndirilir: Əl-Mustafa Beynəlxalq Universiteti və Əhli-Beyt Dünya Assambleyası. Şəbəkənin aşağı qatlarında isə təsirə məruz qalan gənclər qrupları və media strukturları yerləşir.

İnformasiya axınının təlimat və direktivlər əsasında təşkil olunması qədər onun necə qurulduğu və hansı məqsədləri hədəflədiyi də önəmlidir:

- Tehranın kəşfiyyat və ideologiya aparatının koordinasiyalı nəzarəti altında əvvəlcədən hazırlanmış materiallar kütləvi və sürətli şəkildə informasiya dövriyyəsinə buraxılır;

- Manipulyasiyaya həssas təbəqələr hədəf seçilir və onların icraçılara çevrilməsi üçün şərait yaradılır;

- Mümkün iğtişaş ssenarisinin reallaşması fonunda ictimai qarşıdurmanın İran tərəfindən idarə olunması və onun sonrakı inkişafı üçün zəmin hazırlanır.

Bu şəbəkə arxitekturası belə bir nəticə çıxarmağa əsas verir: Azərbaycanda son dövrlər vahid məktəbli forması ətrafında manipulyasiya fəaliyyəti yürütdüyü və cəmiyyətdə qütbləşmə yaratmağa çalışan qrupların Tehranın idarə etdiyi iyerarxik piramidadakı funksional mövqeyi aydınlaşır.

Türkiyə: Məyusluq doğuran məqam

Regional təhdidləri və Azərbaycan təhsilində geyim forması məsələsini anlamaq birtərəfli yanaşmadan kənara çıxmağı və daha mürəkkəb mənzərəyə baxmağı tələb edir. Çünki Azərbaycanın öz suveren və dünyəvi hüquqlarını qorumaq istiqamətində atdığı addımlar təkcə İranın teokratik siyasətinin yaratdığı təzyiqlərlə qarşılaşmır. Paralel olaraq, Türkiyədəki bəzi dini-mühafizəkar mərkəzlər və media şəbəkələri də Bakını hədəf alan ittiham kampaniyalarında iştirak edirlər. Bu isə o deməkdir ki, Azərbaycan regional proseslərin kəsişməsində həm Tehranın aqressiv proksi şəbəkələrinin, həm də Türkiyədəki bəzi dairələrin ideoloji media manipulyasiyalarının təbliğat təzyiqi ilə üzləşir. Məhz bu məqamda ən ciddi paradokslardan biri ortaya çıxır: Azərbaycan Respublikası ilə sarsılmaz strateji müttəfiqlik münasibətlərinə malik Türkiyənin bəzi media və ictimai qrupları dini diskursu Azərbaycanın suveren təhsil qərarlarından üstün tutaraq həmin qərarları manipulyasiya predmetinə çevirirlər.

Bu mənzərə iki ölkə arasındakı strateji müttəfiqliyin ruhuna kölgə salan bir tendensiyanı gündəmə gətirir. Burada iki ehtimal yaranır:

- Azərbaycanla hərbi və siyasi sahələrdə ən yaxın müttəfiq olan Türkiyə dövləti daxili dini qrupların təzyiqi səbəbindən Bakını hədəf alan manipulyasiya dalğasına adekvat reaksiya verə bilmir;

- Lakin yuxarıdakı ehtimal Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının bəzi nümayəndələri tərəfindən Azərbaycana qarşı səsləndirilən bəyanatlar fonunda suallar doğurur. Bu isə Türkiyənin hakimiyyət dairələrində informasiya və sosial media məkanını Azərbaycana qarşı yönəltməkdə maraqlı olan müəyyən qüvvələrin mövcudluğu ehtimalını gündəmə gətirir.

Birgə imzalanmış strateji müqavilələr fonunda Ankaradakı müəyyən dairələrin şəriət məsələlərini dövlətlərarası hüquqdan və Azərbaycanın suveren qərarlarından üstün tutması dərin məyusluq doğurur. Bu, müttəfiqlik münasibətlərinin yalnız hərbi sahədə deyil, ideoloji müstəvidə də qarşılıqlı hörmət və etimad əsasında qorunmalı olduğunu aktual edir.

Müəllif – Aqşin Kərimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri